13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Professor: “ABŞ Cənubi Qafqaza yeni yanaşma tərzi formalaşdıracaq”
Tarix: 06-01-2023 17:47 | Bölmə: Slayd
Professor: “ABŞ Cənubi Qafqaza yeni yanaşma tərzi formalaşdıracaq”
Qabil Hüseynli

“ABŞ Filip Rikeri Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etməklə bölgədə müəyyən addımlar atmağa çalışdı. Əvvəl ATƏT-in Minsk qrupunu dirçəltməyə cəhd etdi, bu baş tutmadığı üçün keçmiş Minsk qrupundakı diplomatına yeni vəzifə verdi - Cənubi Qafqaz üzrə xüsusi nümayəndə, eləcə də Azərbaycan-Ermənistan arasında danışıqlarda vasitəçilik missiyasını tapşırdı. Amma ötən müddət ərzində Riker uğurlu addımlar ata bilmədi. Bu, diplomatın bacarıqsızlığı ilə bağlı deyildi”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli Filip Rikerin Qafqaz üzrə xüsusi nümayəndə vəzifəsindən istefasından danışarkən deyib.

Q. Hüseynli bildirib ki, F. Riker kifayət qədər təcrübəli diplomat olsa da, indi Qafqaz regionunda reallıqlar kifayət qədər dəyişib: “İndi reallıqlar yeni yanaşma tərzi tələb edir. Mənim zənnimcə, bu məsələni sırf texniki məqam kimi qiymətləndirmək olmaz. Ehtimalıma görə, Amerika qeyd etdiyim yeni yanaşma tərzini formalaşdıracaq. Yeni yanaşma tərzi səmərə versin deyə, bunu əvvəlki formatlardan daha təsirli modelə çevirməyə cəhd edəcək. Bunun nə dərəcədə effektiv olub-olmayacağını zaman göstərəcək. Hər halda ABŞ bizim regionda gedən proseslərdən özünü kənarda saxlamaq xətti seçməz və bunu yaxın 30 illik təcrübə də göstərir”.

Professor əlavə edib ki, hazırda bölgədə sülh danışıqları daha çox rəsmi İrəvanın məntiqsiz siyasəti və davranışları səbəbindən dalana dirənib. Danışıqlara başlamaq üçün İrəvan məntiqli addımlar atmalıdır. O, Ermənistanın belə addım atıb-atmayacağı barədə qəti fikir söyləməkdə çətinlik çəkdiyini deyib: “Çünki Ermənistan bəzi ölkələrin fitvası ilə regiona sülhün gəlişinin qarşısında dayanr, amma belə bir sülh hamıdan çox Ermənistana lazımdır”.

Q. Hüseynli əmindir ki, rəsmi İrəvan danışıqları uzun illər imitasiya edə bilməyəcək və gec-tez danışıqlar masasında əyləşəcək. Amma həmin vaxt arqumentləri daha zəif olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər