13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ukrayna ağır zərbələr endirib, ruslar qisas əməliyyatı keçirib
Tarix: 08-01-2023 17:45 | Bölmə: Slayd
Ukrayna ağır zərbələr endirib, ruslar qisas əməliyyatı keçirib

Rusiya prezidenti Vladimir Putin yanvarın 6-sı yerli vaxtla saat 12:00-dan yanvarın 7-si saat 00:00-a qədər Milad bayramı ilə əlaqədar Ukraynada bütün cəbhəboyu atəşkəs elan etsə də, nə göstərilən tarixdə, nə də ondan sonra silahlar susmur.

Reyting.az
-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiya İdarəsinin (Stratkom) teleqram kanalında bildirilib ki, Luqansk vilayətinin işğal altındakı Rubijne şəhərində səfərbər olunmuşların yataqxanasına zərbə endirilib. Nəticədə Rusiyanın 14 hərbçisinin öldüyü bildirilsə də, yaralıların sayı barədə dəqiq məlumat verilmir.

Bu arada Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin yanvarın 1-də Rusiya hərbçilərinin Donetskin Makeyevka rayonunda müvəqqəti yerləşdirmə məntəqəsini atəşə tutmasına cavab olaraq Rusiya Federasiyasının Birləşmiş qruplaşmasının komandanlığı qisas əməliyyatı keçirib.

Məlumata görə, Kiyevə cavab olaraq Rusiya hərbçiləri Kramatorskda 1300-ə yaxın ukraynalı hərbçinin olduğu iki yataqxanaya zərbə endirib.

Rusiya Müdafiə Nazirliyi bəyan edir ki, Ukrayna Silahlı Qüvvələri bölmələrinin müvəqqəti yerləşdirildiyi bu məntəqələrə kütləvi raket hücumu nəticəsində 600-dən çox ukraynalı hərbçi ölüb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Makeyevkada Rusiya Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin müvəqqəti dislokasiya məntəqəsinə hücum etmişdi. Rusiya MN raket hücumu nəticəsində 89 hərbçinin həlak olduğunu açıqlayıb.

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə isə Ukrayna Silahlı Qüvvələri HIMARS reaktiv yaylım atəş sisteminin raketləri ilə Rusiyanın səfərbər olunmuş şəxslərin məskunlaşdığı binaya zərbə endirməsi ilə yüzlərlə hərbçi ölüb, bir o qədəri də yaralanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər