13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Gümrüdəki etiraz şousu: İrəvan bununla nə demək istəyir? - Fotolar
Tarix: 09-01-2023 16:16 | Bölmə: Slayd
Gümrüdəki etiraz şousu: İrəvan bununla nə demək istəyir?

Milli Demokratik Qütb bloku 8 yanvar tarixində Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə keçirilən etiraz aksiyasına etirazlarını bildiriblər.

Aksiya iştirakçıları Laçın yolunda yaranmış vəziyyətə görə Rusiya sülhməramlı kontingetini (RSK) ittiham edib, RSK-nın Laçın yolu ilə bağlı “öhdəliklərini yerinə yetirməsi” tələbini səsləndiriblər.



Prinsip etibarı ilə Milli Demokratik Qütb siyasi hərəkatının üzvü Vaqe Qasparyan ermənilərin Rusiya Federasiyasının 102-ci hərbi bazasını blokadaya ala biləcəyini öncədən bildirmişdi. “Xalqımıza müraciət edəcəyik ki, Gümrüdəki hərbi bazanı blokadaya alsınlar. Rusiya hərbi bazası mühasirəyə alınacaq”, - Qasparyan deyib.

Aksiyada iştirak etmiş 100-dən çox adam saxlanılsa və “Rusiya düşməndir!”, “İşğalsızlaşma, sovetsizləşmə, ruslaşsızma!”, “Artsaxa beynəlxalq sülhməramlılar!”, “Rusiya-Türkiyə işğalına yox!” şüarları səsələnsə də, bunun İrəvanın növbəti şousu olduğu bəllidir.

Aydın məsələdir ki, baş nazir Nikol Paşinyan qərbyönlü siyasət yeridir və Rusiya Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxmasını istəyir. Lakin o, bunun tezlikdə baş verməyəcəyini də yaxşı başa düşür. Bu mənada Paşinyan bu aksiya ilə Kremlin nəbzini yoxlayır. Yəni bu istiqamətdə gələcəkdə daha geniş bir aksiya keçirilsə Moskvanın cavabının necə olacağını Paşinyan test etmək istəyir.



O ki qaldı Gümrüdəki 102-ci hərbi bazanın Ermənistandan çıxmasına, nəzərə almaq lazımdır ki, Rusiya bu hərbi bazadan Qarabağa “humanitar yardım” adı altında silah-sursat daşıyır. Bu faktı rəsmi Bakı da dəfələrlə aşkarlayıb. Kreml faktiki olaraq 102-ci hərbi baza vasitəsi ilə separatçıları silahlandırır.

Rəsmi İrəvan “Qarabağ Azərbaycanın daxili məsələsidir”,- desə də, 102-ci hərbi baza ilə ermənilərin “müqavimətini” artırmaq vasitəsindən imtina etmək istəmir. Bununla belə Nikol Paşinyan Qarabağdakı aksiyalardan, mövcud vəziyyətdən narahatdır və narahatlığını Kremlin diqqətinə bu yolla çatdırır.

Turan Rzayev




Bölməyə aid digər xəbərlər