13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “Ekofəalların aksiyası postların qurulması ilə yekunlaşmalıdır”
Tarix: 09-01-2023 17:10 | Bölmə: Slayd
Deputat: “Ekofəalların aksiyası postların qurulması ilə yekunlaşmalıdır”

“Proseslər bizi narahat edən istiqamətdə getmir. Çünki biz bu mərhələyə qədər nə etmək mümkündürsə, onu addım-addım etməyə çalışırıq. Artıq bir aya yaxındır ki, Azərbaycanın fədakar ekoqlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin Xankəndi-Laçın yolunda keçirdiyi aksiya ölkənin həm də siyasi üstünlük qazanması ilə nəticələnib. Eyni zamanda bölgədə nəzarət mexanizmlərinin qurulması üçün real şərtlər formalaşdırıb. Yəni biz bütün hallarda çalışırıq ki, qarşıdurmaya getmədən - istər sülhməramlı, istərsə də ayrı-ayrı dövlətlərlə - diplomatik sahədə savaş aparaq. Buna görə də, bu istiqamətdə əldə edilən nəticələr uğurlu sayıla bilər. Yəni prosesi məqsədyönlü şəkildə yekunlaşdıra bilərik”.

Bunu Reyting.az-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafa bölgədə müşahidə olunan siyasi vəziyyəti qiymətləndirərkən deyib.

Deputat əmindir ki, Azərbaycan prosesi uğurla başa vuracaq. O, buna misal kimi ekofəalların aksiyasını göstərib.

F. Mustafa diqqətə çatdırıb ki, aksiyaların belə davam etməsini yekuna vara biləcək halda düşünməliyik: “Yəni yekun nədir? Artıq orada Azərbaycan dövlətinin postları qurulmalıdır. Bu, artıq ekofəalların və ya qeyri-hökumət təşkilatları nümayəndələrindən fərqli olaraq dövlətin bu yollar üzərində nəzarətinə gətirib çıxaran bir proses kimi tamamlanmalıdır”.

F. Mustafa sonda əlavə edib ki, aksiya işlərin müsbət sonluqla yekunlaşmasına zəmin yaradıb və yaxın zamanlarda bunun şahidi olacağıq.

Reyting.az




Bölməyə aid digər xəbərlər