13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan danışıqları başlaya bilər
Tarix: 09-01-2023 19:25 | Bölmə: Slayd
ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan danışıqları başlaya bilər

“Azərbaycan ilə Ermənistan arasında danışıqların olacağını gözləyirəm. Ehtimal edirəm ki, danışıqlar ABŞ çətiri altında keçiriləcək. Əslində belə də başlanmışdı. Sanki sülh müqaviləsi haqqında daha çox Vaşinqtonda danışılırdı. Hətta ötən ilin sonuna sülhün əldə edilməsinin mümkünlüyü qeyd olunurdu. Bu haqda da daha çox ABŞ danışırdı, bunda maraqlı idi. Ancaq son nəticədə Nikol Paşinyan ya Fransa prezidenti Emmanuel Makronun tövsiyələri ilə, ya da Rusiyadan qorxaraq elə təkliflər irəli sürdü ki sülh müqaviləsinin imzalanması mümkün olmadı”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Politoloq R. Musabəyov bildirib ki, ortada konkret tələblər var: “Bu, daha çox Ermənistan dövlətinə məxsus olan qoşun qalıqlarının Qarabağdan çıxarılması, Laçın dəhlizində Azərbaycanın nəzarəti və Zəngəzur dəhlizinin açılmasıdır. Bundan ermənilərin boyun qaçırması çətindir”.


Rasim Musabəyov

R. Musabəyov əlavə edib ki, Qazax istiqamətində 6 kəndin və Kərkinin azad edilməsi məsələsi də var və Ermənistan bu məsələlərdən hələlik boyun qaçırır.

Müsahibimiz xatırladıb ki, Beynəlxalq Böhran Qrupu da daxil olmaqla Qərbin nüfuzlu araşdırma mərkəzləri və populyar nəşirlərin gözləntilərinə görə, qısamüddətli qarşıdurma ola bilər. R. Musabəyov deyib ki, Ermənistan bu təhlillərdən nəticə çıxarmalıdır. “Hamıya aydındır ki, münaqişə alovlandığı təqdirdə Ermənistan növbəti dəfə çökəcək. Ən azından üçtərəfli sülh sazişindən sonra Azərbaycan və Ermənistan arasında bir neçə dəfə hərbi qarşıdurma yaranıb. Bu qarşıdurmalardan Ermənistan tərəfi öz payını alıb. İrəvan bu barədə ciddi düşünməli və reallığa uyğun addımlar atmalıdır”, - deyə R. Musabəyov əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər