13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Baydenin gizlətdiyi məxfi sənədlər araşdırılır - Qalmaqal
Tarix: 10-01-2023 15:49 | Bölmə: Slayd
Baydenin gizlətdiyi məxfi sənədlər araşdırılır

ABŞ prezidenti Baydenə məxsus şəxsi ofisdə tapılan sənədlər araşdırılır. Noyabr ayında ortaya çıxan sənədlər Baydenin Obamanın köməkçisi olduğu dövrə aiddir.

Reyting.az
xəbər verir ki, hazırda ABŞ prezidenti Baydenə məxsus şəxsi ofisdə tapılan sənədlər üzərində araşdırmalar davam etdirilir.

Ağ Ev Baydenə aid ofisdə tapılan bəzi sənədlərin Ədliyyə Nazirliyi tərəfindən araşdırıldığını açıqlayıb. Ehtimala görə, həmin sənədlərin məzmunu məxfiləşdirilib.

Qeyd edək ki, tapılan sənədlər Milli Arxivə təhvil verilib. Bu tapıntı ilə bağlı ABŞ-ın baş prokuroru Merrik Qarlanddan da sənədləri araşdırmaq istənilib.

Onu da qeyd edək ki, ABŞ-da belə rəsmi sənədlər və elektron poçt yazışmaları qanunla Milli Arxivə göndərilməlidir.

Xatırladaq ki, buna paralel olaraq ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı şəxsi iqamətgahına məxfi sənədlər aparması ilə bağlı iddialarla əlaqədar istintaq davam edir. D. Tramp isə FTB-nin avqust ayında onun evinə basqın etdiyini xatırladaraq “FTB Co Baydenin evlərinə nə vaxt basqın edəcək? Bəlkə Ağ Evə basqın edəcəklər”,- mesajını paylaşıb.

BBC-nin Amerikadakı yayım tərəfdaşı olan CBS bildirir ki, Baydendə sənədlərin tapılması prosesində Federal Təhlükəsizlik Bürosu (FTB) da iştirak edib.

Mənbələr qeyd edirlər ki, sözügedən sənədlərdə nüvə sirləri yoxdur.

Baydenin xüsusi müşaviri Riçard Sauber deyib ki, sənədlər ofisin boşaldılması zamanı tapılıb. Sauberin sözlərinə görə, sənədlərə diqqət yetirildikdən sonra onlar aidiyyəti qurumlara təhvil veriləcək.

Onu da qeyd edək ki, belə bir araşdırma Milli Arxiv rəsmiləri itkin sənədlər haqqında təhlükəsizlik qüvvələrinə məlumat verdikdən sonra başlayıb. Bununla belə, ABŞ-dakı “Respublikaçılar” Baydendəki sənədlərlə bağlı öz tənqidlərini səsləndirirlər. Nümayəndələr Palatasının üzvü James Komer hadisənin Ədliyyə Nazirliyinin ikili standartlarla bağlı narahatlıqlarını dərinləşdirdiyini ifadə edib. Komer “Respublikaçılar” və “Demokratlar”a fərqli münasibət göstərildiyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər