13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya yenə nüvə silahı ilə hədələyir: “Bu, Ukrayna ilə yox, NATO ilə müharibədir”
Tarix: 10-01-2023 16:17 | Bölmə: Slayd
Rusiya yenə nüvə silahı ilə hədələyir: “Bu, Ukrayna ilə yox, NATO ilə müharibədir”

Rusiya-Ukrayna müharibəsi fonunda Moskvadan gözlənilməz bəyanatlar səsləndirilib.

Reyting.az
xəbər verir ki, bu dəfə sükutu prezident Putini 1970-ci illərdən tanıyan keçmiş sovet casusu, Rusiya liderinin ən yaxın müttəfiqlərindən biri kimi xarakterizə olunan Nikolay Patruşev pozub. Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Rusiyanın Ukraynada NATO ilə müharibə vəziyyətində olduğunu bildirib.

Təhlükəsizlik Şurasının katibi deyib:

“Ukraynadakı hadisələr Moskva-Kiyev münaqişəsi deyil. Bu, Rusiya ilə NATO, xüsusən də ABŞ və İngiltərə arasında hərbi münaqişədir”.

Patruşev Qərbin son məqsədini də açıqlayıb: “Qərblilərin planı Rusiyanı parçalamağa davam etmək və nəticədə onu dünyanın siyasi xəritəsindən silməkdir”.

Patruşevin bəyanatından sonra Rusiyadan daha təhlükəli mesaj verilib. Rusiya müdafiə naziri Sergey Şoyqu “Nüvə silahını inkişaf etdirəcəyik”,- bəyanatını səsləndirib və ölkəsinin nüvədən sui-istifadəyə qarşı olacağını deyib.

“Nüvə qalxanı dövlətimizin suverenliyi və ərazi bütövlüyünün əsas təminatçısı olduğuna və olmaqda davam etdiyinə görə, biz nüvə triadasını inkişaf etdirməyə və müharibəyə hazır olmağa davam edəcəyik”,- deyə Ş. Şoyqu Qərbi hədələyib.

Qeyd edək ki, Rusiya ilə NATO arasında qarşıdurma bir çox hərbi ekspertlər tərəfindən kabus ssenarisi adlandırılır və belə bir müharibənin dünyanın taleyini təhlükə altına salacağını bildirirlər.

Hazırda Rusiya Ukraynadakı müharibə səbəbindən həm hərbi, həm də siyasi meydanda ciddi böhranla üzləşib. Bir çox mütəxəssislər isə düşünür ki, Putin ikinci səfərbərlik prosesinə start verəcək. O, bununla Rusiyanın Ukrayna ilə deyil, Amerika ilə savaşdığı mənzərəsini yaradıb, bu yolla əhalinin səfərbərliyə qarşı çıxışlarının qarşısını almağa çalışacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər