13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
ABŞ-da xaos: ölkə üzrə bütün uçuşlar dayandırılıb - Sərnişlər etiraza başlayıb
Tarix: 11-01-2023 17:43 | Bölmə: Slayd
ABŞ-da xaos: ölkə üzrə bütün uçuşlar dayandırılıb - Sərnişlər etiraza başlayıb

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə daxilində bütün uçuşları dayandırmaq qərarına gəlib. Yaranan xaosdan sonra saatlarla hava limanında gözləyən sərnişinlər sosial şəbəkədə etirazlarını bildiriblər.

Reyting.az
xəbər verir ki, indi ABŞ-da gündəm Federal Aviasiya Administrasiyasının (FAA) qərarıdır.

FAA ölkə daxilində bütün uçuşları dayandırdıqdan sonra ölkədə xaos yaranıb.

ABŞ mətbuatı yazır ki, FAA bu qərarı sistem nasazlığından sonra verib. Qurumdan verilən açıqlamada bütün uçuşların qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.

Hava Hərəkəti İdarəetmə Sistemi Komandanlıq Mərkəzinin bərpası istiqamətində işlərin davam etdiyini bildirən FAA, sistemin yenidən qurulduğunu açıqlayıb.

“American Airlines” açıqlamadan sonra bütün uçuşların təsirləndiyini açıqlayıb.

“United Airlines” bütün daxili uçuşların FAA tərəfindən növbəti xəbərdarlığa qədər təxirə salındığını bildirib.

Aviasiya eksperti Parvez Damania baş verənləri “şokedici və əvvəllər eşidilməyən” hadisə kimi qiymətləndirib.

“Bütün ölkənin hava məkanının sonuncu dəfə nə vaxt bağlandığını belə xatırlamıram. Ola bilsin ki, bu, 11 sentyabrda baş verib. Bu, inanılmaz bir pozğunluğa səbəb olacaq”,- mütəxəssis əlavə edib.

FAA-nın qərarından sonra hava limanlarında saatlarla gözləməli olan sərnişinlər sosial mediada üsyan qaldırıblar. Hətta bəzi yerlərdə sərnişinlərin etiraz etdiyi və ixtişaşlar törətdiyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər