13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
ABŞ Azərbaycan və Ermənistanı sülh danışıqlarına çağırır
Tarix: 12-01-2023 12:53 | Bölmə: Slayd
ABŞ Azərbaycan və Ermənistanı sülh danışıqlarına çağırır

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini Xankəndi-Laçın yolunda yaranmış vəziyyətdən dərhal çıxış yolu axtarmağa çağırıb. Reyting.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun “Twitter” hesabında bildirilib.

Dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı davamlı sülhün əldə olunması prosesinə yenidən qoşulmağa səsləyib.

Qeyd edək ki, bundan əvvəl Donfrid Bayramov və Mirzoyanla telefonla danışıb.

Onu da xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda ekofəallar etiraz aksiyası keçirsə də, bölgədə yaşayan mülki ermənilər və Rusiya sülməramlılarının gediş-gəlişinə maneə törədilmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər