13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Kommunistlər Azərbaycanda ölüm cəzasının bərpasını istəyirlər
Tarix: 12-01-2023 19:15 | Bölmə: Slayd
Kommunistlər Azərbaycanda ölüm cəzasının bərpasını istəyirlər

“Sovet dövləti çox humanist idi. 1917-ci il oktyabr inqilabından sonra II Ümumrusiya Sovetlər Qurultayı ölkədə mənfur Çar rejiminin qəbul etdiyi ölüm hökmünü ləğv etdi. Lakin 1918-ci il fevralın 21-də RSFSR Xalq Komissarları Soveti “Sosialist vətəni təhlükədədir!” Dekretini qəbul edib, xainləri, satqınları, dövlət əmlakını talayanları yerindəcə güllələnməyə imkan verdi. 1918-ci il sentyabrın 5-də RSFSR Xalq Komissarları Soveti “Qırmızı terror haqqında” qərar qəbul verdi. Həmin qərarda deyilirdi ki, sovet hökumətinə qarşı sui-qəsd və üsyanlarda iştirak edən ağ qvardiyaçılar güllələnməlidir”.

Bunu Reyting.az-a Azərbaycan Kommunist Prtiyası Mərkəzi Komitəsinin birinci katibi Ədalət Abdinov deyib.

Sovet hökumətini təbliğ edən Azərbaycan kommunisti xatırladıb ki, 1919-cu ilin iyununda ÇK (Fövqalədə Komissiya) dövlətə xəyanət, casusluq, casusları gizlətmək, əks-inqilabi təşkilatlara mənsub olmaq və sui-qəsddə iştirak etmək, hərbi silahları gizlətmək, əskinasları saxtalaşdırmaq və s. işlərlə məşğul olanları güllələmək səlahiyyəti alıb: “SSRİ-də ölüm cəzasına moratorium SSRİ Silahlı Qüvvələri Rəyasət Heyətinin “Ölüm hökmünün ləğvi haqqında” 26 may 1947-ci il tarixli Fərmanı ilə qüvvədə olub.

Lakin SSRİ Ali İşıq Rəyasət Heyəti sıravi sovet vətəndaşlarının çoxsaylı müraciətlərini nəzərə alaraq “Vətənə xəyanət edənlərə, casuslara, dövlət əmlakını talayanlara, təxribatçılara ölüm cəzasının tətbiq edilməsi haqqında” 12 yanvar 1950-ci il tarixli xüsusi Fərman verib. Bununla da SSRİ tarixində ölüm cəzasına 1947-ci ildə tətbiq edilmiş müharibədən sonrakı yeganə moratorium başa çatıb”.


Ə. Abdinov

Ə. Abdinov xatırladıb ki, Rusiyada sonuncu dəfə ölüm hökmü 1996-cı ildə tətbiq edilib: “Sovet hakimiyyətini devirən liberallar, kapitalist tör-töküntüləri öz cinayət əməllərini qanundankənar saxlamaq üçün 2010-cu il yanvarın 1-də içki düşkünü Yeltsinin vasitəsi ilə ölkədə edam cəzasına moratorium qoydular. 2009-cu il noyabrın 19-da Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi Rusiyada heç bir məhkəmənin ölüm hökmü çıxara bilməyəcəyinə qərar verdi.

Bəs indi necə, ölüm hökmü bərpa edilməlidirmi? Mən hesab edirəm ki, indiki şəraitdə bu, nəinki lazımdır, həm də vacibdir. Dövlətin milyonlarla vəsaitini talayan əclafların yeri qəbrdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər