13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
27 nəfərin başını kəsən şəxs həbsxanada yoxa çıxıb - Foto
Tarix: 12-01-2023 19:44 | Bölmə: Slayd
27 nəfərin başını kəsən şəxs həbsxanada yoxa çıxıb

İngilis ləhcəsi ilə danışdığı üçün “Bitlz” kimi tanınan İŞİD hücrəsinin dörd üzvündən biri, ABŞ-da ömürlük həbs cəzasına məhkum edilmiş Aleksandr Koteyin həbsxanada yoxa çıxması bu sistemdə qızğın müzakirələrə səbəb olub. Xatırladaq ki, A. Kotey həbs olunana qədər İŞİD tərəfindən qaçırılan şəxslərin başını kəsdiyini göstərən videolar vaxtilə dünyanı dəhşətə gətirimişdi.

Reyting.az
xəbər verir ki, başkəsmə videoları ilə dünyanı dəhşətə gətirən İŞİD döyüşçüsü indi ABŞ-da yoxa çıxıb.

Suriyada qərbli girovların başını kəsən və keçən il ABŞ-da ömürlük həbs cəzasına məhkum edilən İŞİD-in ingilis üzvü A. Koteyin məhkəmə sənədlərində görünməməsi müzakirələrə səbəb olub. Britaniya mediası 39 yaşlı “qəssabın” həbsxana sənədlərində görünmədiyini açıqlayıb.

Rəsmi sənədlərdə Koteyin saxlandığı həbsxananın adı çəkilmir. Koteyin cəza çəkdiyi düşünülən Pensilvaniya ştatında yüksək rejimli həbsxanada olmadığı da ortaya çıxıb.

Koteyin “aradan çıxma” xəbəri Suriyada vəhşicəsinə qətlə yetirdiyi qurbanların ailələrinin ciddi narazılığına səbəb olub.


A. Kotey

Səlahiyyətlilər isə bildirirlər ki, bəzi məhbuslar tibbi müalicə, lazımi prosedur və digər müxtəlif səbəblərdən müvəqqəti olaraq həbsxana sistemindən kənarda ola bilərlər, lakin daha da qarışıqlıq Koteyin harada olması ilə bağlı dəqiq izahatın olmamasıdır. Qeyd olunur ki, aparılan araşdırmalara görə İŞİD-çi başqa yerə aparıla bilər.

2018-ci ildə Türkiyəyə qaçmaq istəyərkən yaxalanan Kotey Suriyada britaniyalı yardım işçisi David Haines və digər qərbliləri vəhşicəsinə qətlə yetirən İŞİD hücrəsində olub.

Hainesin qızı Bethany Haines deyib ki, ola bilsin, Kotey ABŞ rəsmiləri ilə əməkdaşlıq edib və buna görə cəzasının dəyişdirilməsi qəbuledilməzdir.

İŞİD qruplaşmasının qurbanları arasında ABŞ-ın yardım işçiləri Peter Kassiq və Kayla Mueller, amerikalı jurnalistlər Ceyms Foli və Stiven Sotloff da var. Qrupun qaçıranların başını kəsdiyini göstərən videoları dünyanı dəhşətə gətirmişdi.

Onu da qeyd edək ki, 27 girovun başını kəsdiyi müəyyən edilən qruplaşmanın digər üzvü Aine Davis Türkiyədə tutularaq 7,5 il həbs cəzasına məhkum edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər