13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “İl ərzində başqa artımlar da olacaq və digər kateqoriyalar bundan bəhrələnəcək”
Tarix: 13-01-2023 17:54 | Bölmə: Slayd
Deputat: “İl ərzində başqa artımlar da olacaq və digər kateqoriyalar bundan bəhrələnəcək”

“Azərbaycan prezidenti İlham Əliyev pensiyaların, təqaüdlərin, sosial müavinətlərin, əhalimizin müxtəlif kateqoriyalarından olan şəxslərin əmək haqlarının artırılması haqqında qərar qəbul edib. Bu, vaxtında verilən qərardır və yüksək qiymətləndirilməlidir.

Görün, yeni ildə əhalimizin nə qədər kateqoriyasının əmək haqları, pensiyaları, müavinətləri qaldırılıb. Bura tələbələrin təqüdlərini, yeni doğulan uşaqlara birdəfəlik verilən pulun artırılmasını da əlavə etmək lazımdır. Yəni ölkəmizin maliyyə gücü və imkanı artdıqca, əhali üçün belə qərarlar verilir. İnşallah, il ərzində başqa artımlar da olacaq və əhalinin digər kateqoriyaları da bundan bəhrələnəcək”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov bu gün Azərbaycan prezidenti İlham Əliyevin sosial müavinətlərin artırılması ilə bağlı sərəncamdan danışarkən deyib.

Deputat bildirib ki, bu, davamlı proses olacaq: “Biz əhalinin ruifahına təsir edən bu kimi tədbirləri niyə 20 il əvvəl edə bilmirdik? Etsək də, zəif olurdu. Çünki maliyyə imkanlarımız buna yetmirdi. Eləcə də Azərbaycan torpaqlarının 20 faizi işğal altında idi və məcbur olub ordumuzu gücləndirir, inkişaf etdirir, formalaşdırırdıq. Əslində bu gün də hərbi sahənin, təhlükəsizliyimizin inkişafı məqsədilə işlər görülür, lazımı qədər vəsait ayrılır. Ancaq iqtisadiyyamız da inkişaf edir və maliyyə imkanlarımız genişlənir. Nəticədə imkan yaranır ki, dövlətimiz belə addımlar atsın, insanlarımızın rifahını yaxşılaşdırmaq üçün tədbirlər görsün”.

E. Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan xarakterinə görə, sosial dövlət anlayışını əsas götürür, vətəndaşlarının rifahını təmin etmək üçün ardıcıl addımlar atır, sosial proqramlar qəbul edir.

Onun qənaətincə, Azərbaycan inkişaf etdikcə əhalinin vəziyyəti daha yaxşılaşacaq və dövlətimiz bunun üçün əlindən gələni edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər