13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Beynəlxalq məhkəmə Azərbaycanın şikayətini araşdıracaq - Foto
Tarix: 14-01-2023 00:36 | Bölmə: Slayd
Beynəlxalq məhkəmə Azərbaycanın şikayətini araşdıracaq

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraciəti üzrə dinləmələr keçirəcək.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin “Tvitter” hesabında bildirilib.

Qeyd edilib ki, dinləmələr yanvarın 31-də olacaq:

“Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Azərbaycan tərəfinin ikinci müraciətinə baxacaq”.

Dinləmələrin Sülh Sarayında keçiriləcəyi bildirilir.

Diplomatik nümayəndəliklərin və məhdud sayda ictimaiyyət nümayəndələrinin də iştirak edəcəyi dinləmələr iki dildə (ingilis və fransız dillərində) canlı yayımlanacaq.

Onu da qeyd edək ki, Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini yanvarın 3-də təqdim edib.





Bölməyə aid digər xəbərlər