13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dövlet Baxçalı: “Seçkilərdə Ərdoğanın ətrafında tək yumruq olmalıyıq”
Tarix: 16-01-2023 09:34 | Bölmə: Slayd
Dövlet Baxçalı: “Seçkilərdə Ərdoğanın ətrafında tək yumruq olmalıyıq”

MHP Genel Başkanı Dövlet Baxçalı Kızılcahamam kampında düənlənən mətbuat konfransında Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı elektorata önəmli mesajlar verib.

Reyting.az
Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlet Baxçalı qarşıdakı seçkilərlə bağlı çıxışında “Cümhurbaşkanı namizədliyi mövzusunda hamımız birilikdə Rəcəb Tayyib Ərdoğanın ətrafında tək yumruq kimi birləşib, ona sahib çıxaq və yeni bir səhifə açaq”, - deyə bildirib.

MHP-nin Genel Başkanı 2023-cü il seçkilərinə hazırlıqla bağlı bu günə qədər aparılan siyasi faaliyyəti hərtərəfli dəyərləndirdiklərini söyləyib:

“Son hökmümüz budur: MHP Cumhurbaşkanı və millət vəkili seçkilərinə həm fikrən, həm siyasətən, həm də həvəs və həyəcan baxımından tam mənası ilə hazırdır. Bu günə kimi inandıq, bacardıq. Söz verdik, əməl etdik. Yola çıxdıq, ünvana çatacağıq. Heç bir maneə tanımayacağıq. Heç bir gücə təslim olmayacağıq. Türkiyə deməyə əzmlə davam edəcəyik!”.




Bölməyə aid digər xəbərlər