13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya-Ukrayna müharibəsi: silah anbarları boşalır
Tarix: 16-01-2023 13:37 | Bölmə: Slayd
Rusiya-Ukrayna müharibəsi: silah anbarları boşalır

“Rusiya-Ukrayna müharibəsi bir ildir davam edir. Bu müharibədə nəhəng silahlardan istifadə olunur. I və II dünya müharibələrindən fərqli olaraq indi həm də raketlərdən istifadə edirlər, halbuki belə silahlar II Dünya Savaşında yox idi. Təsəvvür edin ki, “Soyuq Müharibə” dövründə mümkün savaşa hazırlıq məqsədilə yaradılan silahların böyük qismi bu müharibədə istifadə olunur, hətta silah anbarları artıq boşalıb. Amma bu silahlar qarşısında insan itkilərinə diqqət etdikdə aydın olur ki, vəziyyət tam əksinədir. Eyni zamanda bütün müharibələr göstərir ki, insan ölümü heç vaxt əhəmiyyətli olmur”.

Bunu Reyting.az-a “Turan” İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib.

M. Əliyev xatırladıb ki, müharibənin birinci ilində ölənlərin sayı 100 min nəfərdir, yaralananların sayı dəqiq olmasa da, 200 min civarında qiymətləndirilə bilər. Onun sözlərinə görə, belə müasir silahlardan istifadə olunan və geniş teatrda aparılan müharibə üçün itkilər daha azdır:

“Normalda total müharibədə itkilərin sayı bir neçə yüz minlərlə hesablanır. Mənim gördüyüm odur ki, bu müharibə üçün real itkilər o qədər də çox deyil”.


M. Əliyev

M. Əliyev qeyd edib ki, bu, Ukraynanın azadlığı və tam müstəqilliyi çox bahalı layihədir. Onun fikrincə, indiki müharibə belə deməyə əsas verir: “Ona görə də burada insan həyatı o qədər də önəmli deyil”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Azərbaycan 44 günlük müharibə ilə 30 il işğal altında olan ərazilərini azad edə bilib: “Bizim müharibəmiz zamanı hər iki tərəfdən itkilər və yaralılar təxminən 30 min nəfər olub. Üstəlik, müharibə 44 gün çəkib. Müharibə bir il davam etsəydi, itkilər və yaralılar daha çox olardı. Nəzərə alın ki, müharibə meydanımız Ukraynaya nisbətən daha kiçik idi, qarşı tərəflər də Rusiya və Ukrayna kimi böyük ərazi, dövlət deyil. Odur ki, belə məqamları da nəzərə almaq lazımdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər