13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
30 ildir axtarışda olan mafiya lideri tutulub - Fotolar
Tarix: 16-01-2023 18:33 | Bölmə: Slayd
30 ildir axtarışda olan mafiya lideri tutulub

Dünyanın ən böyük mafiyalarından biri olan Siciliyadakı “Cosa Nostra”nın lideri Matteo Messina Denaro 30 illik axtarışlardan sonra yaxalanıb.

Reyting.az
-ın məlumatına görə, İtaliyanın baş naziri Giorgia Meloni “Cosa Nostra” liderinin ələ keçirilməsini ölkələri üçün böyük qələbə kimi qiymətləndirib.

İtaliyada dünyanın ən böyük mafiyalarından biri olan "Cosa Nostra" lideri Matteo Messina Denaro Siciliyanın paytaxtı Palermoda tutulub.



İtaliya polisi 30 ildir axtarışda olan Denaronun özəl xəstəxanada saxlanıldığını açıqlayıb.

Xatırladaq ki, Denaro Siciliya mafiyasının ən önəmli simalarından biri kimi tanınır. Adı Siciliya ilə eyniləşdirilən “Cosa Nostra” İtaliyada çox sayda insanın ölümünə səbəb olub.

Dünyanın ən böyük mafiya təşkilatlarından biri olan və hətta dünyada qurulan ilk mafiya təşkilatı kimi tanınan “Cosa Nostra” bir çox film və seriala da mövzu olub. Siciliya mafiyasının qabaqcıl ailələrindən birinin üzvü olan və gənc yaşlarından adam öldürməyə başlayan 60 yaşlı Denaronun ən azı 50 ölümə səbəb olduğu ehtimal edilir.



Qeyd edək ki, Denaro 1992-ci ildə anti-mafiya prokurorları Covanni Falkon və Paolo Borsellinonun qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. O, həmçinin 1993-cü ildə Florensiyada, Romada və Milanda baş verən partlayışların təşkilatçısı kimi axtarışda idi.

Matteo Messina Denaro FTB-nin illərdir axtardığı “dünyanın ən bədnam 10 cinayətkarı” arasında idi. İllərdir görünməyən Denaronun kompüter köməyi ilə robot fotoları polisə paylanıb. Bundan sonra axtarışlara başlanılıb. Ehtimal olunur ki, “Cosa Nostra” liderinin polis tərəfindən ələ keçirilməsi mafiyanın qanlı müqaviməti, insan itkisi ilə müşayiət oluna bilər.



Reyting.az




Bölməyə aid digər xəbərlər