13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Putini və komanda üzvlərini cəzalandırmaq üçün xüsusi məhkəmə yaradılır
Tarix: 17-01-2023 10:42 | Bölmə: Slayd
Putini və komanda üzvlərini cəzalandırmaq üçün xüsusi məhkəmə yaradılır

Ukraynada qanlı müharibənin davam etdiyi bir vaxtda Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Rusiya lideri Vladimir Putini ittiham etmək üçün xüsusi məhkəmə yaradılması təklifini irəli sürüb.

Reyting.az
xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok beynəlxalq ictimaiyyətdən Rusiya prezidenti Vladimir Putin və digər yüksək rütbəli məmurların Ukraynaya təcavüzünə görə mühakimə olunması üçün xüsusi məhkəmə yaradılmasını xahiş edib.

“Putin bilməlidir ki, onun təcavüzü nəticəsiz qalmayacaq”, - A. Baerbok Bazar ertəsi axşam Haaqa Beynəlxalq Hüquq Akademiyasında çıxışı zamanı deyib.

Baerbok Kiyev administrasiyası və digər müttəfiqləri ilə Rusiya liderlərini mühakimə etmək üçün Ukrayna cinayət qanunları əsasında fəaliyyət göstərən tribunalın yaradılması ilə bağlı danışıqlar aparıb və Haaqada hollandiyalı həmkarı Vopke Hoekstra ilə görüşüb. Hər iki nazir bildirib ki, Rusiya tərəfindən Ukraynada ciddi hərbi cinayətlər törədilib.

Almaniya və Hollandiya nazirlərinin fikrincə, Ukraynada törədilən ən ağır hərbi cinayətlərdən biri də işğal olunmuş ərazilərdən minlərlə uşağın oğurlanmasıdır.

Hollandiyanın xarici işlər naziri Hoekstra deyib: “Bu uşaqlar ailələrindən alınır, zorla Rusiyaya aparılır və “beyinləri yuyulur”. Onlar tezliklə qaytarılmalıdır. Onlar ukraynalıdır və ukraynalı olaraq qalacaqlar”.

Almaniyanın xarici işlər naziri Baerbok da bunun Rusiyanın törətdiyi beynəlxalq cinayət olduğunu bildirərək cinayətkarların mühakimə olunmasının vacibliyinə işarə edib.

Qərəzsizliyi təmin etmək üçün məhkəmənin Ukraynada yerləşdirilməməsinin lazım olduğunu vurğulayan Baerbok prokuror və hakimlərin müxtəlif ölkələrdən seçilməsini təklif edib.

Qeyd edək ki, həm Avropa İttifaqı (Aİ), həm də Hollandiya hökuməti alman nazirin təklifini alqışlayıb.

Aİ administrasiyası və Hollandiya Rusiya liderlərinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən asılı olmayan xüsusi məhkəmə tərəfindən mühakimə olunmasının tərəfdarıdır. Buna səbəb Rusiyanın Haaqa məhkəməsini tanımamasıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın veto hüququ beynəlxalq məhkəmə çərçivəsində məhkəmə mexanizminin yaradılmasını mümkünsüz edir.

Elxan KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər