13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Kommunist Partiyası: “Naxçıvanda kommunistlərin abidəsinin sökülməsi xoşagəlməz hadisədir”
Tarix: 17-01-2023 13:04 | Bölmə: Slayd
Kommunist Partiyası: “Naxçıvanda kommunistlərin abidəsinin sökülməsi xoşagəlməz hadisədir”

“Naxçıvanda sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 nəfər kommunist və sərhədçinin xatirəsi üçün inşa edilən abidənin üst fasadı sökülüb. Hesab edirəm ki, bu, xoşagəlməz hadisədir”.

Bunu Reyting.az-a Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinov Naxçıvada sökülən kommunist abidəsi məsələsinə reaksiya verərkən deyib.

Ə. Abdinov qeyd edib ki, o insanlar Naxçıvanın 70 il yaşadığı firavan həyatı naminə canlarından keçiblər.

Kommunist Partiyasının rəhbəri diqqətə çatdırıb ki, Naxçıvan sovet dövründə sosial-iqtisadi tərəqqisi ilə misilsiz nailiyyətlər əldə edib, dünyada tanınan şəxsiyyətlər yetişdirib.

“Abidə sökməklə, tarixi saxtalaşdırmaqla keçmişimizin işıqlı günlərini unutdurmaq istəyirlər. Bu isə çıxış yolu deyil!”,- Abdinov əlavə edib.

Elxan KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər