13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sərdar Cəlaloğlu: “Nailiyyətsizlik sindromu erməni cəmiyyətində qarşıdurmalar yaradacaq”
Tarix: 17-01-2023 13:34 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Nailiyyətsizlik sindromu erməni cəmiyyətində qarşıdurmalar yaradacaq”

“Ermənistan baş naziri Nikol Paşinyanla Xankəndi şəhərindəki separatçı Ruben Vardanyan arasında fərqli bəyanatların olması təbiidir. Nəzərə almaq lazımdır ki, bütövlükdə erməni cəmiyyətində nailiyyətsizlik sindromu başlayıb”.

Bunu Reyting.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlunun sözlərinə görə, ermənilər bir zaman rusların köməyi ilə Azərbaycan ərazilərini işğal edəndə düşünürdülər ki, qeyri-adi gücə sahibdirlər, imkanları var, hamı onları qəbul edir: “Amma 44 günlük savaşdakı ağır məğlubiyyət əvvəlki təsəvvürləri ilə bir araya sığmadığı üçün erməni cəmiyyəti şok durumdadır. Nə bu məğlubiyyəti həzm edə, nə də revanşist prosesinə girə bilirlər. Bu da ermənilərdə ziddiyyətli bəyanatların ortaya çıxması, ağılsız hərəkətlərlə müşahidə olunur. Düşünürəm ki, nailiyyətsizlik sindromu erməniləri daxilən yeyib dağıdacaq”.

ADP sədrinin fikrincə, yaranmış vəziyyət erməni cəmiyyətində müəyyən gərginliklə izləniləcək.

S. Cəlaloğlu iddia edir ki, zamanla erməni cəmiyyətində parçalanma olacaq, qarşıdurmalar yaranacaq, eləcə də erməni xalqının əvvəlki kimi gücü və milli həmrəyliyi olmayacaq və s. Onun sözlərinə görə, erməni cəmiyyətində belə prosesin getməsi Azərbaycan üçün atmosfer formalaşdıracaq. “Təbii ki, Azərbaycan ardıcıl və sistemli siyasət aparacağı təqdirdə müharibənin nəticələrini tam və qəti qələbəyə qədər davam etdirə bilər. Sözsüz ki, burada Rusiya problemi var. Hazırda Rusiya Ermənistandan daha çox canfəşanlıq edir, problemin qalmasına çalışır. Amma Rusiyanın da durumu yaxşı deyil. İstəsə də, istəməsə də Qarabağ məsələsində güzəştli mövqe tutmağa, öz ambissiyalarından imtina etməyə razılaşacaq. Çünki hazırda müharibə aparan Rusiyanın durumu, beynəlxalq münasibətlərdəki rolu da əvvəlki kimi deyil”, - deyə S. Cəlaloğlu əlavə edib.

Elxan KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər