22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

07:42 / 12-06-2025

Türkmənistan Çinə yaxınlaşır? - Gənc prezidentin xəyalları
Tarix: 18-01-2023 11:01 | Bölmə: Slayd

Türkmənistan prezidenti Serdar Berdıməhəmmədov 2023-cü ilə böyük xarici səfərlə başlayıb. O, Türkmənistanın aparıcı ticarət partnyoru və yaxın illərdə Türkmənistan üçün daha da vacib olacaq bir ölkə olan Çinə gedib.
Reyting.az xəbər verir ki, bu barədə “bne Intellinews” yazıb.
Təhlildə qeyd olunur ki, səfər qarışıq nəticələr verib:
Siyasi baxımdan Türkmənistan Çinə bir qədər yaxınlaşıb, lakin Türkmənistanın xarici siyasətinin əsasını təşkil edən ticarət baxımından çox da irəliləyiş görünmür.
Sadəcə, Çinə səfər etmək Berdıməhəmmədov üçün vacib idi.
O, 2006-cı ilin dekabrından Türkmənistan prezidenti olan atası Qurbanqulu Berdıməhəmmədovdan 2022-ci ilin martında saxtalaşdırılan Türkmənistan prezident seçkilərində asanlıqla qalib gəlib.
Yeni Türkmənistan prezidenti 2022-ci il ərzində dörd rəsmi səfər edib: iyunda Rusiyaya, sonra İrana, iyulda Özbəkistana və noyabrda Birləşmiş Ərəb Əmirliklərinə.
Serdar Berdıməhəmmədov ötən ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində iştirak edərkən, Çin Xalq Respublikasının sədri Si Zinpinlə kənarda qısa müddət ərzində görüşüb.
Lakin Türkmənistanın yeni prezidentinin Çinə səfəri daha vacib idi.
Simvolik olaraq, S. Berdıməhəmmədov üçün belə bir əsas müttəfiqə rəsmi səfər etmək və Çinin Türkmənistandakı maraqlarına ata tərəfindən olduğu kimi oğul tərəfindən də hörmət ediləcəyini təsdiqləmək həyati əhəmiyyət kəsb edirdi.
Diqqət çəkən məqam Çin və Türkmənistanın ikitərəfli münasibətlərini “hərtərəfli strateji tərəfdaşlığa” yüksəltdiklərinin elanı olub.
Çin Xarici İşlər Nazirliyinin bu tərəfdaşlıqla bağlı bəyanatı, lakin yüksək səviyyəli münasibətlərin şərtlərinə çox aydınlıq gətirə bilməyib və deyib ki: “İki ölkə inkişaf və inkişaf yolunda birgə addım atmalı... və ümumi əməkdaşlığı həyata keçirmək üçün əməkdaşlıq potensialından tam istifadə etməlidir”.
S. Zinpinin iki ölkə arasındakı əlaqələri yekunlaşdıran şərhləri daha çox əhəmiyyət kəsb edirdi.
Çin prezidenti Berdıməhəmmədovla görüşündə deyib: “Təbii qaz sahəsində əməkdaşlıq Çin-Türkmənistan münasibətlərinin təməl daşıdır”.
Əslində, sadəcə bir "məhək daşı" deyil.
Türkmənistan Çinin idxal etdiyi təbii qazın təxminən yarısını boru kəmərləri vasitəsilə təmin edir.
On ildən artıqdır ki, Çin Türkmənistanın ən böyük qaz müştərisi olub və son illərdə Türkmənistanın yeganə qaz müştərisidir.
Berdıməhəmmədov səfəri zamanı Çin Kommunist Partiyasının “People's Daily” qəzetində dərc olunmuş məqaləsində qeyd edib ki, Türkmənistandan Çinə ilk boru kəməri 2009-cu ilin dekabrında istismara veriləndən bəri Türkmənistan Çinə təxminən 350 milyard kubmetr qaz göndərib.
Türkmənistan hökumətinin statistikası çox etibarsızdır və ya çox vaxt tamamilə əlçatmazdır, buna görə də ixrac gəlirlərinin neçə faizinin qaz satışından əldə olunduğunu söyləmək çətindir, lakin onun 80 faizdən çox və bəlkə də 90 faizə yaxın olduğu güman edilir.
Türkmənistan Çinə daha çox qaz satmaq istəyir və mövcud A, B və C kəmərlərinə əlavə etmək üçün Mərkəzi Asiya-Çin qaz kəmərləri şəbəkəsinin D xəttini tikmək planları var.
D xətti əlavə 30 milyard kubmetr Türkmənistan qazını Çinə daşımaq gücünə malik olacaq, lakin boru kəməri şəbəkəsinin həmin hissəsinin tikintisi dəfələrlə gecikdirilib.
Zinpin-Berdiməhəmmədov görüşünün sonunda yayımlanan birgə bəyanatda deyilir ki, iki ölkə “D xəttinin tikintisinin həyata keçirilməsini sürətləndirəcək...”.
Nəzərə alsaq ki, D xəttində bu günə qədər demək olar ki, heç bir tikinti aparılmayıb, kəmərdə işlərin sürətləndirilməsi çox vaxt tələb etməyəcək və bu, boru kəmərinin tezliklə tamamlanacağı demək deyil.
Birgə bəyanatda “Qalkınış” qaz yatağının sənaye işlənməsinin ikinci mərhələsinin sürətləndirilməsi də qeyd olunub.
“Qalkınış” dünyanın ən böyük qaz yataqlarından biridir. İngilis firması “Gaffney, Cline and Associates” 2008-ci ilin oktyabrında elan edib ki, yatağın auditi 4 trilyon kubmetr aşağı qiymət və 14 trilyon kubmetr yüksək qiymətləndirmə göstərib.
D xəttində olduğu kimi, “Qalkınış”ın gələcək inkişafı üçün heç bir müddətə dair öhdəlik yoxdur. Hər halda, Türkmənistanın əsas problemi qaz hasilatı deyil, qaz müştəriləridir. Çinin hazırda “Qalkınış”dan əlavə qazla dolu D xəttinə ehtiyacı yoxdur. Rusiyanın Çinə çəkdiyi “Sibirin Gücü” boru kəməri ötürmə qabiliyyətini 2021-ci ildəki 10 milyard kubmetrdən 2022-ci ildə 15 milyard kubmetrə yüksəldib və qarşıdakı illərdə bu həcmin 38 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.
Çinin qaz idxalının təxminən üçdə ikisi mayeləşdirilmiş təbii qaz (LNG) şəklində gəlir.
Görünən odur ki, S. Berdıməhəmmədovun Çinə səfəri heç bir böyük irəliləyiş gətirməyib, lakin bu, Türkmənistanın yaxın gələcəyi üçün vacib idi.
S. Berdıməhəmmədovun Rusiya və İrana ilk xarici səfərləri Türkmənistanın xarici siyasətinin nəzərdə tutulan istiqamətini göstərib. O, Rusiyada təhsil alıb və eyni zamanda, Moskvada Türkmənistan səfirliyində vəzifə tutub. İran isə bilavasitə qonşu və təvazökar qaz müştərisidir, baxmayaraq ki, iki ölkə bu yaxınlarda Türkmənistan qazının tədarükünün gücləndirilməsini müzakirə edir.
Lakin Rusiya və İran hökumətləri “beynəlxalq əcinnə”lərdir və bu ölkələrdəki mövcud rejimlərin gələcək perspektivləri bəlli deyil.
Çinin hökuməti və dünyadakı mövqeyi sabitdir. Bu, Türkmənistan prezidentinin Çinə səfərinə əlavə əhəmiyyət verir. Türkmənistan Pekinlə tərəfdaşlıqdan asılı ola bilər və Çin təkcə qaz müştərisi deyil, həm də Türkmən rejiminə öz vətəndaşlarının fəaliyyətini izləməkdə kömək edən silah və müşahidə texnologiyası tədarükçüsüdür.
Türkmənistan Çinə daha çox qaz satmaq istərdi, lakin indiki münasibətlər Türkmən rejiminə də uyğundur.
S. Berdıməhəmmədovun Pekinə səfəri başqa bir nəticə vermədisə, bu, Türkmənistanın Çinlə əlaqələrinin yenidən təsdiqlənməsinə xidmət etdi. Qonşu İranda geniş vüsət alan sosial gərginliyi və Rusiyanın Ukraynada baha başa gələn iflasını seyr edən Türkmən hökuməti üçün bu, rahatlıq olacaq.
E. KAMAL
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb