13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Din xadiminin səhhəti ağırlaşıb
Tarix: 18-01-2023 13:08 | Bölmə: Slayd
Din xadiminin səhhəti ağırlaşıb
Hacı Tahir Abbasov

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, Qərb bölgəsi üzrə Qazi, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasovun səhhəti yenidən pisləşib.

Bu barədə Reyting.az-a İmamzadə ziyarətgahından bildiriblər.

Məlumata görə, bir neçə gün əvvəl, qardaşı Məzahir Abbasovun dəfn mərasimindən sonra Hacı Tahir yataq xəstəsinə çevrilib və həkimlərin müdaxiləsi effekt vermir.

Hacı Tahir Abbasovun yüksək qan təzyiqi, ağır formada şəkər və digər ağır xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.

Dindarlar deyiblər ki, QMİ nümayəndəsinin Gəncədə aldığı müalicə effekt vermədiyi üçün böyük ehtimalla yaxın günlərdə Türkiyədəki xəstəxanalardan birinə aparılacaq.

Dindarlar diqqətə çatdırıblar ki, Gəncə və ətraf bölgələrdə şəhid ailələrinin himayəçisi kimi tanınan Hacı Tahirlə bağlı İmamzadə ziyarətgahına çoxsaylı müraciətlər olur. “Çoxsaylı şəhid ailəsi üzvləri ziyarətgaha gəlib, Hacı Tahirə görə narahat olduqlarını bildirir və dualar edirlər”, - bunu İmamzadə ziyarətgahından deyiblər.

Onu da qeyd edək ki, Azərbaycan Milli Azadlıq Hərəkatındakı (1988–1991) fəaliyyətinə görə həbs edilərək, vaxtilə Moskvadakı Lefortovo həbsxanasında siyasi məhbus həyatı yaşamağa məcbur olmuş Tahir Abbasovun səhhəti digər qardaşı, polis polkovnik-leytenantı Səməd Abbasov şəhid olduqdan sonra da pisləşmişdi. O, Türkiyədə müalicə aldıqdan sonra sağlıq durumu qismən bərpa olunmuşdu.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər