Paşinyanın bəyanatları ziddiyyətlidir
Tarix: 19-01-2023 17:32 | Bölmə: Slayd
Paşinyanın bəyanatları ziddiyyətlidir

“44 günlük müharibədən sonra Ermənistanda yaranmış ruh düşkünlüyü hələ də davam edir və hansısa formada bu vəziyyətdən çıxmaq istəyirlər. Geopolitik dəyişimlər fonunda mümkün proseslərdən yararlanıb, vəziyyəti öz xeyirlərinə yaxşılaşdırmaq və vaxtı uzatmağa çalışırlar. Bu istiqamətdə də manevrlər və bəzən manipulyasiyalar edirlər. Daha çox Azərbaycana qarşı təbliğat, informasiya və diplomatik savaş aparmağa çalışırlar”.

Bunu Reyting.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O. Qasımov dediklərinə misal kimi son günlər Ermənistan Xarici İşlər Nazirliyinin ATƏT və digər Avropa strukturlarında, eləcə də Fransanın dəstəyi ilə BMT-də müəyyən addımların atılmasını göstərib. O, diqqətə çatdırıb ki, bu addımların bir hissəsindən ənənəvi təbliğat məqsədilə istifadə edilib.

Siyasi şərhçinin fikrincə, baş nazir Nikol Paşinyanın bəyanatları və davranışları ənənəvi olaraq ziddiyyətlidir: “Paşinyan sülhün tərəfdarı kimi çıxış edir, eyni zamanda iddia edir ki, Azərbaycan üçtərəfli bəyanatı pozur və s. Bu da anlaşılandır”.

O. Qasımov bildirib ki, hazırda Ermənistan hakimiyyəti ilə Xankəndi şəhərindəki separatçı qurum arasında ciddi ziddiyyətlər yaranıb. Onun sözlərinə görə, Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında separatçılara Azərbaycanla vəziyyəti gərginləşdirəcək bəyanatlardan qaçmağı tövsiyə edib. Bunun da çox sadə səbəbi var: sentyabrda Moskvadan Xankəndiyə gələn milyarder Vardanyan vəziyyəti gərginləşdirir. “Ruben Vardanyan mitinqdə, müxtəlif media qurumlarında, sosial şəbəkələrdə Azərbaycana qarşı sərt çıxışlar edib, güzəştə gedməyəcəklərini deyib. Münasibətlərdə gərginlik özünü açıq-aşkar büruzə verir. Sözsüz ki, bunun da qarşıdurmalara səbəb olması mümkündür”, - deyə O. Qasımov əlavə edib.

V. QULİYEV
Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}