16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ukraynaya qarşı yeni hücum başlaya bilər
Tarix: 19-01-2023 21:05 | Bölmə: Slayd
Ukraynaya qarşı yeni hücum başlaya bilər

NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer iddia edir ki, Rusiya Federasiyası yazda Ukraynaya yenidən hücum edə bilər. Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Bauer bu barədə NATO Hərbi Komitəsinin baş qərargah rəislərinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

R. Bauer əlavə edib ki, rusların strateji hədəflərinə nəzər saldıqda, onun dəyişmədiyi bəlli olur. Bu isə rusların yenidən hücuma keçmə ehtimalını artırır. “Bu, dəqiq bildiyimiz bir şey deyil, lakin bu, aşağıdakı fərziyyəyə əsaslanır: əgər onlar strateji məqsədlərini dəyişməyiblərsə, o zaman yazda yeni hücumun baş verəcəyi ehtimalı böyükdür”, - Bauer deyib.

Alyansın hərbi komitəsinin sədri diqqətə çatdırıb ki, ukraynalılar bu hücuma hazırlaşmalıdırlar.

Admiral əlavə edib ki, Alyansa üzv ölkələr Ukrayna ilə birlikdə ukraynalıların hansı yardıma daha çox ehtiyacı olduğunu və müttəfiqlərin hansı dəstəyi verə biləcəyini araşdırırlar.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}