22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

07:42 / 12-06-2025

ABŞ Ərdoğanı razı salmağın yollarını axtarır
Tarix: 20-01-2023 12:34 | Bölmə: Slayd

Türkiyə ilə ABŞ arasında son illərdə paytaxt Vaşinqtonda baş tutan ən yüksək səviyyəli görüş dünyanın diqqət mərkəzindədir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda həmkarı Antoni Blinkenlə görüşüb.
Reyting.az-ın məlumatına görə, görüşdən sonra açıqlama verən Çavuşoğlu deyib ki, Türkiyənin “F-16” qırıcı tələbi ilə İsveç və Finlandiyanın NATO üzvlüyünün heç bir əlaqəsi yoxdur, ABŞ Konqresinin bunları bir-biri ilə əlaqələndirməməli olduğunu qeyd edirik.
ABŞ Konqresinin “F-16” müqavimətinin Co Bayden administrasiyasının qətiyyətli mövqeyi ilə aradan qaldırıla biləcəyini vurğulayan Çavuşoğlu, Suriyaya yenidən fokuslanmaq üçün ABŞ ilə əməkdaşlığa hazır olduqlarını, lakin Vaşinqtonun verdiyi bəzi vədlərin yerinə yetirilməsinin vacibliyinə də diqqət çəkib.
Dövlət katibi Antoni Blinken isə Türkiyənin taxıl dəhlizində göstərdiyi fövqəladə səyi təqdir etdiklərini bildirib və iki yaxın müttəfiqin aralarındakı problemlərə baxmayaraq birlikdə çalışdıqlarını vurğulayıb.
Blinken-Çavuşoğlu görüşündən sonra birgə bəyanat da yayılıb.

Xatırladaq ki, Türkiyə 2021-ci ilin payızında ABŞ-dan 40 yeni “F-16” döyüş təyyarəsi almaq üçün müraciət edib. Ankara həmçinin mövcud “F-16”-ları Viper səviyyəsinə yüksəldəcək 80 modernləşdirmə dəsti də almaq istəyir.
C. Bayden administrasiyası 20 milyard dollarlıq satışa “yaşıl işıq” yandırıb, tələbi təsdiq üçün keçən həftə Konqresə göndərib. Türkiyəyə qarşı mövqeyi ilə tanınan Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendes “F-16”-lara veto qoyacağını təkrarlayır.
Beynəlxalq media və analitiklər isə son illərin ən yüksək təması olan Çavuşoğlu-Blinken görüşünü fərqli prizmalardan qiymətləndirirlər.
Amerikanın “Associated Press” xəbər agentliyi Çavuşoğlu-Blinken görüşünü “NATO üzvü Türkiyə və ABŞ münasibətlərini yaxşılaşdırmağa çalışır, lakin fikir ayrılıqları davam edir” formasında təqdim edib. Agentlik bəyan edib ki, Antoni Blinken Türkiyənin İsveç və Finlandiyanın NATO-da iştirakının qarşısını almasını xüsusi qeyd etməyib. Agentlik Türkiyənin Şərqlə Qərbin kəsişməsində yerləşməsi ilə Vaşinqton üçün hələ də strateji əhəmiyyətini qoruduğunu bildirib.
Eyni zamanda Ankaranın Rusiyadan aldığı “S-400” raketlərinin və Vaşinqtonun Suriyanın şimalında terror təşkilatı YPG-yə dəstəyinin Türkiyə ilə ABŞ arasında ən böyük problem olduğunu yazıb.
Amerikanın yayım şirkəti “Bloomberg” isə “ABŞ-ın davam edən müqavimətinə baxmayaraq Türkiyə “F-16”-ların satışının təsdiqini gözləyir”,- şərhini yazıb. “Bloomberg” xəbərlərini yüksək rütbəli bir türk məmurunun açıqlamaları əsasında hazırlayıb.
Görüşün gündəmində “F-16”, NATO və Suriya olduğunu bildirən “Əl-Cəzirə” xarici işlər naziri Çavuşoğlunun Bayden administrasiyasının hakimiyyətə gəldiyi 2021-ci ilin yanvarından bəri ilk rəsmi səfərini Vaşinqtona etdiyini xatırladıb.
“Əl-Cəzirə”nin məlumatına görə, ABŞ rəsmiləri Ankaranın Suriya ilə münasibətləri düzəltməsi və bu ölkənin şimalında yeni transsərhəd əməliyyata başlaması ehtimalından getdikcə daha çox narahat olurlar. Xəbərdə Türkiyənin hazırda Skandinaviya ölkələri Finlandiya və İsveçin NATO-ya üzvlüyünə əsas maneə olduğu da qeyd edilib.
“Euronews” kanalı isə Vaşinqtonda keçirilən görüşdə döyüş təyyarələri və NATO-nun genişlənməsinin müzakirə olunduğunu yazıb.
Görüşdən xəbər verən Yunanıstanın “Kathimerini” qəzeti isə bildirib ki, iki ölkə arasında diplomatik kanallar açıq olsa da, fikir ayrılıqları davam edir. Qəzetin yazdığına görə, Çavuşoğlu-Blinken görüşü ilə ABŞ-ın Türkiyəyə “F-16”, Yunanıstana isə “F-35” təyyarələrini təslim etməsi üçün geri sayım başlayır.
V. QULİYEV
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb