Zərdüşt Əlizadə: “Erməni cəmiyyəti dərin böhran içindədir”
Tarix: 21-01-2023 16:59 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “Erməni cəmiyyəti dərin böhran içindədir”
Zərdüşt Əlizadə

“Erməni cəmiyyəti yüz ildir ki, ona təlqin edilən saxta nağıldan xilas olmaq istəyir. Bu əsatir ondan ibarətdir ki, “bütün dünya ermənilərə borcludur”, ermənilər “tarixi torpaqlarını” bərpa etməlidir, “Böyük Ermənistan” qurmalıdırlar və s. Üstəlik, həm Qərb, həm də Şərq ermənilərə minnətdar olmalıdır. Bu yalanlar uzun illər erməni cəmiyyətinə təbliğ edilib. Lakin rellıqda bu əsatir dağılmağa başlayır. Azərbaycan Qarabağı geri qaytardıqdan sonra Ermənistan blokadaya düşüb, Qarabağı özünə qata bilməyib, dərin iqtisadi və mənəvi tənəzzüllə üzləşib”.

Bunu Reyting.az-a politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin fikrincə, Nikol Paşinyan hökuməti Ermənistanı tədricən Rusiyadan qoparmağa çalışır: “Bu məsələdə Qərb Paşinyana dəstək verir. Ermənistan cəmiyyətində ruspərəstlər fəallaşsalar da, təkrar parlament seçkilərində cəmi 25 faiz səs topladılar, əhali onun mitinqlərinə gəlmədi. Beləcə, aksiyalar taktikası ilə iqtidarı götürə bilmədilər. Bununla da Rusiya Ermənistanı tam olaraq, ram etməyi bacarmadı.

Paşinyan son dəfə mesaj verdi ki, KTMT-dən və Avrasiya İttifaqından da çıxa bilərlər. Paşinyan bu siyasəti həyata keçirir, lakin Xankəndi şəhərində vəziyyət fərqlidir”.

Politoloq əlavə edib ki, Xankəndidə Rusiyaya bağlı şəxslər yerli ermənilərə rəhbərlik edir: “Qarabağdakı ermənilər də böhran içindədir. Qarabağın erməni icmasının liderləri məsələnin nə yerdə olduğunu dərk edərək, Azərbaycan tərəfi ilə dil tapmağa çalışdılar. Ruslar da bunu gördü və dərhal hərəkətə keçdi. Beləcə, Ruben Vardanyan ortaya çıxdı. O, çirkaba bulaşmış, böyük maliyyə imkanlarına görə Rusiya qarşısında diz çökmüş şəxsdir. Araik Arutyunyanı məcbur etdilər ki, bu şəxsə vəzifə versin. Bununla da separatçı rejimdə klassik yerli erməni liderlər ikinci plana keçdi”.

Z. Əlizadə sonda diqqətə çatdırıb ki, indi Xankəndi erməniləri adından daha çox Vardanyan danışsa da, Azərbaycan bu şəxsi qəbul etmir, tanımır.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}