14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Prezident partiya rəhbəri postundan istefa verməyə hazırdır
Tarix: 23-01-2023 10:06 | Bölmə: Slayd
Prezident partiya rəhbəri postundan istefa verməyə hazırdır

Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Tərəqqi Partiyasının (STP) rəhbərliyi ilə görüşündə bəyan edib ki, o, siyasi qüvvənin lideri postunu tərk etməyə hazırdır.

Reyting.az
bu barədə qərb mediasına istinadla xəbər verir.

Hələ ötən ilin sonlarında Vuçiç bildirmişdi ki, o, Kosovonun müstəqilliyinin tanınmaması naminə prezident postundan belə istefa verməyə hazırdır.

Kosovo da öz növbəsində vəd etmişdi ki, KFOR missiyasının razılığı olmadan bölgənin şimalına hərbi qüvvə yeritməyəcək.

Serbiya hökuməti yanında Kosovo üzrə dəftərxananın direktoru Petar Petkoviçin sözlərinə görə, Belqrad hazırda barrikadaların qurulmasında iştirak edən serblərin təqib olunmayacaqları ilə bağlı Vaşinqtoindan və Brüsseldən təminat alıb.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}