Adamyeyən qatil: o, öldürdüyü qadınların ətindən burgerlər hazırlayaraq satıb - Fotolar
Tarix: 23-01-2023 14:19 | Bölmə: Slayd
Adamyeyən qatil: o, öldürdüyü qadınların ətindən burgerlər hazırlayaraq satıb

ABŞ-da Cozef Roy adlı qatilin qurbanlarını öldürdükdən sonra törətdiyi əməl üzə çıxıb. Qadınları hədəfə alan təcavüzkarın törətdiyi qətlin təfərrüatları məhkəmə prosesində iştirak edənləri dəhşətə gətirib.

Reyting.az
-ın xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının Merilend məntəqəsində dəhşətli hadisələr baş verib.

200 kiloqram çəkisi olmasına baxmayaraq özünə “Kiçik” ləqəbi verən Cozef Roy keçmişində alkoqol və narkotikin təsirindən qadınları qətlə yetirib.


C. Roy

1996-cı ildə həbs edilən C. Roy məhkəmədə dindirilərkən törətdiyi cinayətləri etiraf edib. Təfərrüatları izah edən Roy deyib ki, qurbanlarını təslim olduqlarını söyləmək məcburiyyətində qoyub.

Qurbanlarının əzalarını bədənlərindən ayıran Roy, onların ətindən burger hazırlayaraq, yol kənarındakı daxmasında baş verənlərdən xəbərsiz insanlara satıb.

Məhkəmə zamanı adamyeyənliyini təsvir edən Roy qurbanları haqqında da açıqlamalar verib. O, sözügedən hadisə ilə bağlı deyib:

“Şirniyyatlar yaxşı idi. İnsan bədəninin dadı donuz ətinə çox bənzəyir. İkisini səhvən qarışdırsanız, heç kim başa düşməyəcək”.

Bu sözlərdən sonra həlak olanların ailələrindən üzr istəməyəcəyini deyən C. Roy, törətdiyi qətllərdən ayrı-ayrılıqda həzz aldığını bildirib.

13 nəfəri öldürdüyü güman edilən qatilin törətdiyi cəmi 3 qətllə bağlı dəlillər tapılıb.



Qeyd edək ki, Rita Kemper adlı qadını qaçırıb təcavüz etdiyi üçün Cozef Roy 50 il həbs cəzasına məhkum edilmiş və sonradan bəraət almışdı. O, digər qurbanı Kimberli Lin Spayserə görə, ölüm cəzasına məhkum edilsə də, sonradan bu cəza ömürlük həbslə əvəz olunub.

Royun tapılan qurbanlarının sonuncusu Cathy Ann Magaziner idi. Roy bu qadını öldürdüyü üçün yenidən ömürlük həbs cəzasına məhkum edilib. O, sonradan məlumat verdiyi üçün cəsəd tapılıb.

Onu da qeyd edək ki, 2017-ci ildə C. Royun qaldığı həbsxanada meyiti tapılıb. Təkadamlıq kamerada gözətçi tərəfindən cəsədi tapılan Roy haqqında səlahiyyətlilər ətraflı açıqlama verməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}