17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Yer planetinin fırlanma sürəti və istiqaməti dəyişir
Tarix: 25-01-2023 09:41 | Bölmə: Slayd
Yer planetinin fırlanma sürəti və istiqaməti dəyişir

Planetin nüvəsində baş verən dəyişikliklər Yer planetinin sakinlərini ciddi narahat etməlidir. Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu sahədə aparılan tədqiqatların nəticələri narahatlığa əsaslar yaradır.

Yer planetinin nüvəsində aparılan çoxillik seysmoloji müşahidələri analiz edən Çin alimləri belə bir nəticəyə gəliblər ki, planetin daxili bərk nüvəsinin fırlanma sürəti və istiqaməti hər 60-70 ildən bir dəyişir. Hazırda növbəti mərhələnin başladığı qeydə alınıb. Tədqiqatçılar sutkanın uzunluğunda və Yerin maqnit sahəsinin gücündə mütəmadi baş verən dəyişiklikləri məhz bununla izah ediblər.

Tədqiqatların nəticəsi İngiltərənin “Nature Geosience” elmi jurnalında dərc edilib. REA-nın zəlzələlərin və riyazi geofizikanın proqnozu nəzəriyyəsi institutunun direktoru Pyotr Şebalin MIR24.TV-yə müsahibəsində bildirib ki, bərk nüvənin fırlanmasındakı dəyişikliklər planetin maqnit sahəsinə və günün uzunluğuna ciddi təsir göstərə bilər.

V. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}