07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qarabağdakı hərbi cinayətkarların manevr imkanları tükənir
Tarix: 25-01-2023 10:24 | Bölmə: Slayd
Qarabağdakı hərbi cinayətkarların manevr imkanları tükənir

2022-ci ildə Laçın-Xankəndi yolunda başlayan ekoaksiya artıq 45 gündür davam edir və məqsədlər tam reallaşana qədər bitməyəcək.

Bunu Reyting.az-a politoloq Fərhad Məmmədov deyib.

F. Məmmədov bildirib ki, 2020-ci ildə olduğu kimi, bir sıra hadisələr təkrarlanır.

Politoloq diqqətə çatdırıb ki, səbəbləri qeyd etmədən və həqiqəti tam bilmədən Azərbaycana Laçın-Xankəndi yolundakı “blokada”nı dayandırmaq çağırışları da olur. Amma Azərbaycana çağırış edənlərin əksəriyyəti aksiyanın səbəblərindən - Ermənistanın Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə etməsindən, minalar, hərbçilər, silah-sursat daşımasından, eləcə də iranlı diversantların Qarabağa soxulmasından və Azərbaycanın təbii sərvətlərinin talan edilməsindən söz açmırlar.

F. Məmmədov əlavə edib ki, indi həm Rusiyanın, həm də Qərbin Azərbaycan ilə Ermənistan arasında vasitəçilik imkanları zəifləyir. Buna səbəb isə həm Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilə ilə rəsmi Yerevanın üzərinə götürdüyü öhtəliklərə əməl etməməsi və Moskavanın bununla bağlı tələb olunan işləri yerinə yetirmək istəməməsi, həm də Avropa İttifaqının tam qeyri-adekvat olması və Fransanın ermənipərəst mövqeyidir.

Politoloqun fikrincə, birtərəfli addımların atılması Azərbaycana əlavə çeçim imkanı qoymur və rəsmi Bakını ölkənin təhlükəsizliyini öz resursları ilə təmin etmək məcburiyyətində qoyur. Üstəlik, buna paralel Ermənistan rəhbərliyinin və Qarabağdakı hərbi cinayətkarların manevr imkanları da tükənir.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}