13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Şəhid Orxan Əsgərovun cənazəsini Azərbaycana gətiriblər - Yenilənib
Tarix: 22-01-2023 03:32 | Bölmə: Slayd
Şəhid Orxan Əsgərovun cənazəsini Azərbaycana gətiriblər
Orxan Əsgərov

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Reyting.az
-ın məlumatına görə, bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İranda şəhid olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülüb. Bu məqsədlə Azərbaycan tərəfindən təyyarə ayrılıb, Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.

Lakin İran növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidirdi.

***

Bu gün bir az əvvəl Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya göndərilib.

Reyting.az
xəbər verir ki, Orxan Əsgərovun meyiti, həmçinin səfirliyin əməkdaşları və onların ailələrinin təxliyəsi üçün Azərbaycan hökuməti hadisədən dərhal sonra təyyarə göndərsə də, İran rejimi cənazə ilə bağlı işləmləri iki gün ləngitdiyindən uçuş az öncə həyata keçirillib.

Onu da qeyd edək ki, dünəndən Yasamalda Orxan Əsgərovun yas mərasimi ilə bağlı çadır qurulub. Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-də Orxan Əsgərovun yas mərasimində iştirak edib, prezident İlham Aliyevin başsağlığını şəhidimizin ailəsinə çatdırıblar.

Onu da qeyd edək ki, mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

***

Şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşlarını gətirən təyyarə Bakıya enib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına beynəlxalq aeraportuna enib.



E. ARAZ




Bölməyə aid digər xəbərlər