Putin Avropanı yeni müharibə ilə hədələyir
Tarix: 03-02-2023 10:22 | Bölmə: Slayd
Putin Avropanı yeni müharibə ilə hədələyir

Prezident Vladimir Putin deyib ki, Almaniya başda olmaqla Avropa ölkələrini Rusiya ilə yeni müharibəyə çəkənlər və qələbə gözləyənlər müasir müharibənin tamamilə fərqli olacağını anlamırlar. V. Putin Rusiyanın alman “Leopard” tankları ilə yenidən təhdid olunduğunu da bildirib.

Reyting.az
xəbər verir ki, Rusiya prezidenti bu sözləri Volqoqrad şəhərində Stalinqrad döyüşündə nasist qoşunlarının Qırmızı Ordu tərəfindən məğlub edilməsinin 80 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Əvvəllər Stalinqrad kimi tanınan Leninqradda uzun və çətin müharibənin 80 il əvvəl başa çatdığını bildirən Putin diqqətə çatdırıb ki, bu müharibənin nəticəsi təkcə Rusiyada Böyük Vətən Müharibəsini deyil, bütün II Dünya Müharibəsinin taleyini də müəyyən edib.

Stalinqrad döyüşünün tarixdə dönüş nöqtəsi olduğuna diqqət çəkən Putin nasist Almaniyasının silahlı qüvvələrinin ən böyük qrupu və onun peyklərinin məğlubiyyəti ilə bütün Hitler koalisiyasının çökdüyünü bildirib. Əlavə edib ki, bununla nasist Almaniyasının Avropa vassalları və əlaltıları məğlub edilib.

V. Putin daha sonra deyib:

“İndi biz görürük ki, nasizm ideologiyası müasir görkəmində, müasir təzahürü ilə ölkəmizin təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. Biz dönə-dönə kollektiv Qərbin təcavüzünü dəf etməyə məcburuq. İnanılmaz, amma həqiqətdir, bizi yenə üzərlərində xaç olan alman “Leopard” tankları təhdid edir, onlar Ukrayna torpaqlarında Hitlerin ardınca gedənlərin əli ilə, banderaçıların əli ilə yenidən Rusiya ilə döyüşəcəklər”.

Qərb elitasının Rusiyaya qarşı apardığı təbliğatlara baxmayaraq Amerika, Şimali Amerika və Avropa da daxil olmaqla, bütün dünyada çoxlu dostları olduğuna diqqət çəkən Putin bildirib ki, Avropa ölkələrini, o cümlədən Almaniyanı Rusiya ilə yeni müharibəyə cəlb edənlər, üstəlik, məsuliyyətsizcəsinə bunun başa çatdığını elan edərək, döyüş meydanında Rusiya üzərində qələbə gözləyənlər başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq. “Onlar zirehli texnikanın istifadəsi məsələni yekunlaşdırmayacaq. Bunu hamı başa düşməlidir”.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya prezidenti Vladimir Putin “Qərb Ukraynanı silahla təmin etdikcə, Rusiya öz potensialından maksimum istifadə edəcək”,- mesajını verib.

“Bu mesaj o deməkdir ki, Rusiyanın potensialı var və kollektiv Qərb tərəfindən tədarük edilən yeni silahlar meydana çıxdıqda, xüsusi hərbi əməliyyat çərçivəsində cavab vermək üçün bütün potensialından istifadə edəcək”, - Peskov əlavə edib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}