13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
ABŞ-ın 27 senatoru Türkiyəni F-16-larla şantaj edir
Tarix: 03-02-2023 11:03 | Bölmə: Slayd
ABŞ-ın 27 senatoru Türkiyəni F-16-larla şantaj edir

Türkiyə ilə İsveç arasında NATO-ya üzvlüklə bağlı danışıqların davam etdiyi bir vaxtda Rasmus Paludan adlı siyasətçinin Stokholmdakı Türkiyə səfirliyi qarşısında Quran kitabını yandırması ilə başlayan böhran dünyanın gündəm mövzuslarından birinə çevrilib. Türkiyə isə bəyan edir ki, İsveç Quranın yandırılmasını qadağan etməsə, bu ölkənin NATO-ya üzvlüyünü təsdiqləməyəcək.

Reyting.az
-ın məlumatına görə, Türkiyə prezidenti Ərdoğanın NATO-ya qapını bağladığı İsveçin köməyinə ABŞ senatorları gəlib. Senatorlar ABŞ prezidenti Baydenə az qala şantaj kimi bir plan təqdim ediblər.

“CNN İnternational”ın xəbərinə görə, 27 ABŞ senatoru prezident C. Baydenə məktub göndərib. Məktubda tələb olunur ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təsdiqlənənə qədər Türkiyəyə “F-16” qırıcıları satılmasın.

İsveç və Finlandiyanın üçlü razılaşmanın şərtlərini yerinə yetirdiyini deyən senatorların iddiasına görə, Ukrayna ilə müharibənin davam etdiyi kritik bir zamanda Türkiyənin addımı NATO-nun birliyini təhdid altında qoyur.

Sözügedən məktubda vurğulanır ki, “F-16”-ların satışı Türkiyənin NATO-nun təsdiqindən sonra qiymətləndiriləcək.

Məktubda qeyd olunur ki, Türkiyə iki ölkənin NATO-ya üzvlüyünə razılıq verməsə, “F-16”-lar da daxil olmaqla bu ölkəyə heç bir dəstək verilməsin.

ABŞ senatorlarının yazdığı məktub İsveç mətbuatında geniş işıqlandırılıb və bunun NATO-ya üzvlük prosesində İsveçi gücləndirəcəyi bildirilib.

Türkiyənin bir müddətdir bu satış üçün cəhdlər etdiyini vurğulayan “Expressen” nəşri yazır ki, Bayden administarsiyası “F-16” satışı ilə bağlı ehtiyatlı davranır.

Digər tərəfdən, Finlandiya və İsveçin baş nazirləri Sanna Marin və Ulf Kristersson cümə axşamı İsveçin paytaxtı Stokholmda bir araya gəlib. Görüşdən sonra ortaq mətbuat konfransı keçirən liderlər Türkiyənin son günlərdə İsveçə etirazına, Finlandiyaya yaşıl işıq yandırmasına baxmayaraq, NATO-ya üzvlük prosesini birlikdə həyata keçirməkdə qərarlı olduqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyədən başqa Macarıstan da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləmir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər