13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Zəlzələ bölgələrinə 13 min 740 xilasedici cəlb olunub
Tarix: 07-02-2023 11:53 | Bölmə: Slayd
Zəlzələ bölgələrinə 13 min 740 xilasedici cəlb olunub

Türkiyədə baş vermiş zəlzələ nəticəsində uçmuş binaların altından insanların xilas edilməsi əməliyyatı bütün gecə davam edib.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə AFAD-dan bildiriblər.

Məlumatda həmçinin qeyd edilir ki, zəlzələnin baş verdiyi rayonlardakı insanlara sosial-psixoloji yardım məqsədilə 360 xüsusi təchizatlı maşın və 3 min 361 cihaz göndərilib.

Bundan əlavə, ötən gecədən etibarən həmin bölgələrdə 4 mobil xidmət mərkəzi, 100 təcili yardım maşını və 1322 həkim-mütəxəssis fəaliyyət göstərir.

Eyni zamanda, Türkiyə Qızıl Aypara qurumu və ictimai, mülki təşkilatlar tərəfindən zəlzələdən zərər görmüş vətəndaşlara su, isti yemək, şirniyyat, kalorili digər qidalar paylanılır.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər