13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycandan Türkiyəyə növbəti yardım yola salınıb - Video - Fotolar
Tarix: 07-02-2023 15:57 | Bölmə: Slayd
Azərbaycandan Türkiyəyə növbəti yardım yola salınıb - Video

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 3432 nəfər ölüb, 21 103 nəfər yaralanıb.










Bölməyə aid digər xəbərlər