13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Zəlzələ Türkiyəni 3 metr Qərbə doğru sürüşdürüb - Professor
Tarix: 07-02-2023 18:19 | Bölmə: Slayd
Zəlzələ Türkiyəni 3 metr Qərbə doğru sürüşdürüb

Dünya tarixinin ən böyük zəlzələlərindən biri ilə üzləşmiş Türkiyəyə bir çox ölkələr köməklik göstərməyə çalışır. Belə bir vaxtda isə İtaliyadan şok yaradacaq açıqlama verilib.

Reyting.az
-ın xəbərinə görə, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun rəhbəri, professor Karlo Doglioni Türkiyənin 3 metr irəlilədiyini açıqlayıb.

K. Doglioni iddia edir ki, Türkiyədə zəlzələlərə səbəb olan tektonik plitələrin yerdəyişməsi ölkənin üç metrə yaxın yerdəyişməsinə səbəb olub.

Ekspert “Türkiyə Qərbə doğru irəliləyir”, - deyib.

“Daily Mail“ qəzeti yazır ki, ərəb plitəsi dediyimiz şey Anadolu plitəsinə nisbətən təxminən üç metr şimal-şərq-cənub-qərb istiqamətində hərəkət edib.

İtalyalı alim bu hərəkətin cəmi 30-40 saniyə ərzində baş verdiyinə diqqət çəkib. Bölgədə tarix boyu seysmik aktivliyin çox yüksək olduğunu vurğulayan alim “Sanki Türkiyə hərəkətə keçdi”,- deyib.

“Ərəbistan yavaş-yavaş şimala doğru irəliləyir və Türkiyə ilə toqquşur, Türkiyə isə Qərbə doğru irəliləyir”, - bunu Kolumbiya Universitetinin (Lamont-Doherty Yer Rəsədxanası) alimi Maykl Stekler bildirib.

Steklerin fikrincə, bu zəlzələ “Yerin iki hissəsinin bir-birinin yanında üfüqi sürüşməsi“ səbəbindən baş verib.

London Universitet Kollecinin Risk və Fəlakətlərin Azaldılması İnstitutunun rəhbəri, professor Joanna Faure Valker isə bu zəlzələnin son dövrün ən böyük fəlakətlərindən biri olduğunu deyib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər