13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Moskva Qarabağa BMT sülhməramlılarının göndəriləcəyindən əndişələnir
Tarix: 08-02-2023 09:16 | Bölmə: Slayd
Moskva Qarabağa BMT sülhməramlılarının göndəriləcəyindən əndişələnir

Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ iqtisadi bölgəsinə BMT sülhməramllarının göndərilməsini real hesab etmir.

Reyting.az
xəbər verir ki, bu barədə RF XİN-nin beynəlxalq təşkilatlarla iş departamentinin direktoru Pyotr İliçev bəyan edib.

Onun sözlərinə görə, belə bir ideya reallığa qətiyyən uyğun deyil:

“Regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə dair məsələləri Rusiyanın sülhyaratma kontingenti həll edir. Bu günədək beynəlxalq və xarici təşkilatlardan Qarabağda yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsi çalışır. BMT-nin hümanitar agentliyi isə hətta tələbatı qiymətləndirmə üzrə ilkin missiyasının bölgəyə girişi üçün azərbaycanlıların və ermənilərin icazəsini almayıb”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər