13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Prokurorlar Putini 298 nəfərin qətlində ittiham edirlər
Tarix: 09-02-2023 09:51 | Bölmə: Slayd
Prokurorlar Putini 298 nəfərin qətlində ittiham edirlər

Beynəlxalq Prokurorluq əmindir ki, 2014-cü ilin iyul ayının 17-də Ukraynanın şərqində Malayziya hava yollarına məxsus “Boeing 777” təyyarəsinin vurulmasında Rusiya prezidenti Vladimir Putinin hnsısa formada rolu var.

Reyting.az
xəbər verir ki, qəza ilə bağlı işi araşdıran beynəlxalq qrup Rusiya Federasiyası Prezidentinin qəzada birbaşa iştirakına dair “inandırıcı sübutlar” əldə edib.

İddia olunur ki, Rusiya prezidenti Amsterdamdan Kuala-Lumpura uçan Malayziya hava yollarına məxsus MH17 reysini vuran raketin Ukraynaya idxalına şəxsən icazə verib.

Beynəlxalq qrup bildirib ki, Putinin sonradan təyyarəni vuran Rusiya raket sistemindən istifadəyə icazə verən qərarı imzalamasına inanmaq üçün səbəblər var. “Röyter” agentliyinin məlumatına görə, prokurorların “icbari sübutları var”. Amma onların fikrincə, bu sübutlar cinayət işinin başlanması üçün kifayət deyil.

Onu da qeyd edək ki, 2014-cü il iyulun 17-də Ukrayna üzərində Malayziya məxsus “Boeing 777” təyyarəsi Rusiyanın “Buk” raketi ilə vurulub, nəticədə 298 nəfər - 283 sərnişin və 15 ekipaj üzvü həlak olub.

Yanvarda Strasburqda Avropa İnsan Haqları Məhkəməsi Ukrayna və Hollandiyanın Rusiyaya qarşı şikayətini qəbul edib. Tribunal işi baxılmaq üçün qəbul edərək müəyyənləşdirib ki, “2014-cü il mayın 11-dən ən azı 26 yanvar 2022-ci ilə qədər separatçıların nəzarətində olan Ukraynanın şərqindəki ərazilər Rusiyanın yurisdiksiyasındadır”. Bu, həmin ərazidə Rusiya hərbçilərinin böyük bir kontingentinin olması deməkdir.

Noyabrın 17-də Haaqa Məhkəməsi təsdiq edib ki, Malayziya hava yollarına məxsus MH17 reysi 2014-cü ildə Donetsk vilayətinin Pervomaysk yaxınlığındakı kənd təsərrüfatı sahəsindən Rusiyanın “Buk” raketi ilə vurulub.

Məhkəmə həmçinin üç yaraqlıya qiyabi olaraq ömürlük həbs cəzası verib: keçmiş FTX zabiti İqor Qirkin (Strelkov), Sergey Dubinski və ukraynalı Leonid Xarçenko.

Beynəlxalq istintaq qrupunun (Hollandiya, Malayziya, Avstraliya, Belçika və Ukrayna) məlumatına görə, həmin şəxslər təyyarənin vurulduğu “Buk” raket sisteminin daşınmasında iştirak ediblər. Eyni zamanda, Hollandiya prokurorluğu bildirib ki, onların Rusiya Federasiyasından ekstradisiyasını tələb etməyəcək, çünki Moskvanın belə bir addım atması sıfıra bərabərdir.

Ukraynaya qarşı başlayan müharibədən sonra Moskva beynəlxalq konvensiyaları, o cümlədən Avropa İnsan Haqları Konvensiyasını denonsasiya etməyə başlayıb. Kreml Strasburq Məhkəməsinin yurisdiksiyasını tanımağı dayandırıb. Bununla belə, Hollandiya iddia edir ki, cinayət Rusiyanın Konvensiyanı tam qəbul etdiyi bir vaxtda törədilib və buna görə də istənilən hökm onun üçün məcburi olmalıdır.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər