13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ermənistan qadınları orduya cəlb etmək məcburiyyətində qalıb
Tarix: 09-02-2023 17:16 | Bölmə: Slayd
Ermənistan qadınları orduya cəlb etmək məcburiyyətində qalıb

“Qadınlara könüllülük əsasında 6 aylıq hərbi xidmət keçmək imkanı yaradacağıq, bundan sonra onlar da “Vətən müdafiəçisi” məntiqi çərçivəsində daha uzun xidmət müddətini başa vura biləcəklər”.

Reyting.az
xəbər verir ki, bunu fevralın 9-da Ermənistan hökumətinin iclasında baş naziri Nikol Paşinyan deyib.

Müdafiə naziri Suren Papikyana müraciət edən Nikol Paşinyan soruşub ki, 6 aylıq hərbi xidmət keçmək üçün ərizə yazmaq nə vaxt mümkün olacaq?

Papikyan isə cavabında deyib: “Növbəti qış çağırışına vaxtında gəlmək üçün hər şeyi edəcəyik, yay çağırışı üçün hər şeyi etməyə vaxtımızın olub-olmayacağını söyləmək çətindir, hər şey sürətimizdən asılıdır”.

Cavabında Nazirlər Kabinetinin rəhbəri bildirib: “Biz qadınlarımız üçün yeni infrastrukturlar əldə etmək vəzifəsini qoymuşuq ki, prosesə yeni məzmunla başlaya bilək, bu, onlar üçün yeni səhifədir”.

Məlumat üçün qeyd edək ki, Ermənistanda qadınların hərbi xidmətə getməsi haqda təkliflər 44 günlük Vətən müharibəsindən sonra gündəmə gəlib. Buna səbəb hazırda Ermənistanda maksimum 2 milyona qədər əhalinin yaşamasıdır. Başqa sözlə, Ermənistanın insan resursu onun öz sərhədlərini etibarlı şəkildə müdafiə etməsinə imkan yaratmır.

Ekspertlər Ermənistan ordusunun 50-60 min civarında olduğunu qeyd edirlər. Halbuki SSRİ zamanında Ermənistan-Azərbaycan sərhədlərinin uzunluğu 1070 kilometrə çatırdı. Eyni zamanda Ermənistanın Gürcüstan, Türkiyə və İranla da sərhədləri var. Bu isə o deməkdir ki, Ermənistan hökuməti insan resursunun minimal təmin etmək üçün qadınları hansısa formada hərbi xidmətə cəlb etməlidir.

Yeri gəlmişkən, qeyd edək ki, müharibədən sonra hərbi ekspert Azad İsazadə Reyting.az-a açıqlamasında bildirmişdi ki, Ermənistan ordusu insan resursu baxımından acınacaqlı durumdadır və bu ölkə gənc xanımları orduya çağırmaq məcburiyyətində qalacaq. Ekspert əlavə etmişdi ki, Qafqaz xalqlarının adət-ənənələrini nəzərə aldıqda Ermənistanda qadınların hərbi çağırışa cəlb olunması əks-reaksiya doğuracaq.

E. ARAZ
Reyting.az






Bölməyə aid digər xəbərlər