13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyədə zəlzələ: ölənlərin sayı 31 643 nəfərə çatıb - Yenilənib+
Tarix: 13-02-2023 13:20 | Bölmə: Slayd
Türkiyədə zəlzələ: ölənlərin sayı 31 643 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb.

Aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 80 088 şəxs dağıntılar altından xilas edilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 21 043 nəfərə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə AFAD məlumat yayıb.

Bldirilib ki, yaralıların sayı 80 097 nəfərə yüksəlib.

Hazırda xialsetmə əməliyyatları davam etdirilir.

***

Fevralın 11-i, saat 22.14-a olan məlumata görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 22 327 nəfərə, yaralıların sayı isə 80 278 nəfərə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca məlumat yayıb.

Nazir bldirib ki, xilasetmə əməliyyatı davam edir.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oktay bildirib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb.

Rəsmi məlumata görə, saat 15.55-ə kimi Kahramanmaraş mərkəzli zəlzələlərdə 29 605 nəfərin həyatını itirdiyi, 147 934 fəlakət qurbanının isə başqa vilayətlərə təxliyə edildiyi bildirilib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər