13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyədəki dağıntılara görə kütləvi həbslər başlayıb
Tarix: 12-02-2023 17:34 | Bölmə: Slayd
Türkiyədəki dağıntılara görə kütləvi həbslər başlayıb

Türkiyədə baş vermiş zəlzələlər zamanı zərər çəkmiş 10 əyalətdə cinayətlərin araşdırılması üçün şöbələr yaradılıb. Reyting.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

Ədliyyə Nazirliyinin göstərişi ilə prokurorluq tərəfindən yaradılan şöbələrin fəaliyyətindən söz açan F. Oktay deyib ki, zəlzələlər zamanı binaların dağılmasında şübhəli bilinən 131 nəfərin məsuliyyəti müəyyən edilib. Onlardan biri həbs olunub, daha 113 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu arada ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum 10 əyalətdə 171 min 882 binada yoxlamalar aparıldığını bildirib.

“24 921 binada cəmi 120 940 strukturun dağıldığını, təcili sökülməsi lazım olduğunu və ya ciddi zədələndiyini müəyyən etdik”,- deyə M. Kurum əlavə edib.

Nazirin sözlərinə görə, tədqiq edilən binalardan 122 279-u yüngül zədələnib və yaxud zədələnməyib.

Onu da qeyd edək ki, son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 24 min 600-ü keçib.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş şəhəri yaxınlığında yerləşən Pazarcık bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib. Təxminən 42 afterşok hesablanıb, ən güclülərinin maqnitudası 6,6 olub. Bundan sonra 7,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər