13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dünya yadplanetlilərlə savaşa hazırlaşır - Xəbərdarlıq
Tarix: 13-02-2023 17:02 | Bölmə: Slayd
Dünya yadplanetlilərlə savaşa hazırlaşır

Böyük Britaniya uçan naməlum obyektlər (UNO) üçün təhlükəsizlik yoxlamasına başlayır.

Reyting.az
-ın məlumatına görə, İngiltərənin müdafiə naziri Ben Uolles bildirib ki, ABŞ və Kanadanın - biri casus şarı, digəri UNO kimi xarakterizə olunan və yüksək hündürlükdə uçan 4 obyekti vurduqdan sonra ölkəsində təhlükəsizlik araşdırmasına başlanılacaq.

İngiltərə mətbuatının yazdığına görə, dünən axşam ABŞ-da UNO-nun vurulmasından sonra açıqlama verən Uolles deyib ki, fevral ayında ortaya çıxan və vurulan 4 obyekt səbəbindən hansı təhlükənin yaranacağını müttəfiqlərlə müzakirə edəcəklər.

"Böyük Britaniya və müttəfiqləri naməlum obyektlərin hava məkanımıza daxil olmasının təhlükəsizliyimiz üçün nə demək olduğunu araşdıracaq",- müdafiə naziri bildirib. Nazir əlavə edib ki, vəziyyət qlobal təhlükəsizliyin necə pisləşdiyinin yeni göstəricisidir.

Sözügedən araşdırmanın sonunda ölkənin hava məkanının qorunması və monitorinqi ilə bağlı işlərdə dəyişiklik edilib-edilməyəcəyinə qərar veriləcək.

Məlumatda bildirilir ki, Böyük Britaniya Müdafiə Nazirliyi ölkə üzərindən keçə biləcəyi mümkün naməlum obyektlərə cavab verərək. Amma deputatlar bu kimi iddiaları rədd edirlər. Müdafiə Nazirliyi isə Uollesin daha əvvəl verdiyi "İngiltərə üzərində görünsəydi, onu vurardıq",-ifadəsini deputatlara xatırladıb.



Məlumat üçün qeyd edək ki, ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində Montana üzərində əvvəllər aşkar etdiyi Çinin yüksək hündürlükdəki hava şarını vurub. Bundan başqa, Pentaqon elan edib ki, fevralın 9-da Alyaska üzərində naməlum obyekt aşkar edib və onu zərərləşdirib.

Kanadanın baş naziri Castin Trüdo fevralın 11-də ABŞ ilə əməkdaşlıq çərçivəsində naməlum obyekti Kanadanın Yukon bölgəsi üzərindən vurduqlarını açıqlayıb.

ABŞ ordusunun dünən Kanada sərhədindəki Huron gölü üzərində uçan naməlum obyekti vurduğu da bildirilir. Ehtimal olunur ki, fevral ayında 4 göy cismi yerə endirilib.

Onu da diqqətə çatdırırıq ki, son iki ildə UNO-larla bağlı müxtəlif fikirlər səsləndirilir. ABŞ məxfi xidmətində işləyən bəzi mütəxəssislər təqaüdə çıxdıqdan sonra bu mövzuda məqalələr və kitablar yazır, naməlum obyektlərin mövcudluğunu inkar etmirlər. Eləcə də ABŞ ordusunun bəzi təqaüdçü pilotları hava patrulları zamanı yad cisimlərə rast gəldiklərini bildirirlər. Beləliklə, indi dünyanın əsas diqqəti UNO-lara – yəni yadplanetlilərlə mübarizəyə yönəlir. Məlumata görə, bu barədə açıqlama verməsələr də, bəzi Avropa ölkələri müəyyən tədbirlər görməyə başlayıblar.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər