13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
21-ci əsrin ən dəhşətli zəlzələləri… - Siyahıda birinci olan ölkədə 230 min insan həyatını itirib
Tarix: 13-02-2023 18:04 | Bölmə: Slayd
21-ci əsrin ən dəhşətli zəlzələləri… - Siyahıda birinci olan ölkədə 230 min insan həyatını itirib

Qardaş Türkiyədə baş verən iki böyük zəlzələ bir həftədir ki, dünyanın gündəminə çevrilib. 10 minlərlə insanın həyatına son qoyan təbii fəlakətdən sonra “XXI əsrin ən ölümcül zəlzələləri”nin siyahısı dünya mətbuatının əsas mövzularından biridir.

Reyting.az
xatırladır ki, XXI əsrin ən dəhşətli zəlzələsi 230.000-dən çox insanın həyatına son qoyub.

İlkin məlumata görə, fevralın 6-da Türkiyədə baş verən zəlzələdə 30-35 mindən çox insanın həlak olma ehtimalı var.

İndoneziyada 2006-cı ilin mayında 6,3 bal gücündə zəlzələ nəticəsində 6000 nəfər həlak olub. Bölgədə 420 min insan evsiz qalıb.

Nepalda 2015-ci ilin aprelində baş verən 7,5 bal gücündə zəlzələ ölkəyə böyük fəlakət gətirib. Bölgədə məktəblər və xəstəxanalar da daxil olmaqla bir çox binalar dağılıb. Fəlakətdə 9 min insan həyatını itirib, milyonlarla insan evsiz qalıb.

Yaponiyada 2011-ci ilin martında baş vermiş zəlzələ 9,0 bal gücündə olub. Ölkə zəlzələyə hazır olduğundan tələfat çox olmayıb. Zəlzələdən qısa müddət sonra baş verən sunami Yaponiyaya fəlakət gətirib. 18 min 500 insanın həyatını itirdiyi zəlzələdə Fukuşima Atom Elektrik Stansiyası partlama həddinə çatsa da, sonda təhlükəyə nəzarəti ələ almaq mümkün olub.

2001-ci ildə Hindistanın qərbində baş verən zəlzələdə 20 min insan həyatını itirib. Zəlzələnin gücü 7,7 bal olub.

2003-cü ildə qonşu İranda baş verən 6,6 bal gücündə zəlzələdə ən azı 26 min insan həyatını itirib. Bir çox binalar xarabalığa çevrilərkən, tarixi əsərlər olan muzeylər də dağılıb.

2005-ci ildə Pakistanın Kəşmir bölgəsində baş verən zəlzələdə 73 min insan itkisi qeydə alınıb. Zəlzələnin gücü 8,0 bal gücündə olub. Bölgədə 3,5 milyon insan evsiz qalıb.

2008-ci ildə Çinin Sıçuan bölgəsində baş verən zəlzələdə 87 min insan həyatını itirib. 7,9 bal gücündə zəlzələ nəticəsində bir çox binalar dağılıb, infrastruktur sıradan çıxıb.

Haitidə 2010-cu ildə baş verən fəlakətdə 200 min insan həlak olub. 7.0 bal gücündə zəlzələdən sonra ölkə ilə əlaqə 24 saat kəsilib. Elə həmin il Haitidə epidemiya baş verib, daha 10 min insan həyatını itirib.

2004-cü ildə Cənubi Asiyada baş verən və bölgənin bir çox ölkəsinə təsir edən zəlzələdə 230 min insan həyatla vidalaşmalı olub. Ən böyük itki isə 170 min nəfərlə İndoneziya qeydə alınıb. Zəlzələdən sonra yaranan sunami dalğalarının hündürlüyü 30 metrə çatıb.

V. QULİYEV
Reyting.az





Bölməyə aid digər xəbərlər