13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qlobal miqyasda bütün azadlıqlar boğulur
Tarix: 13-02-2023 18:43 | Bölmə: Slayd
Qlobal miqyasda bütün azadlıqlar boğulur

"Tarixi dövrdə yaşayırıq, pandemiya, müharibələr, təbii fəlakətlər - bir tək yadplanentlilər qalmışdı, onlar da “gəlir”. Əgər bu söhbəti şişirtməyə qərar versələr, məncə, yeni bir “Yalta”, “Podstama”, “Helsinkiyə” hazırlıq çərçivəsində edəcəklər. Dünya liderləri deyəcək ki, planet böyük təhlükə qarşısındadır, indi birlik-bərabərlik zamanıdır, müharibələr, münaqişələr dayansın, daha qlobal çağırış qarşısında olduğumuzu görərək yeni təhlükəsizlik konsepsiyası qəbul edək, Putini də, yoldaş Sini də, hətta “Taliban”ı da bağışlayaq, yeni səhifə açaq".

Reyting.az
xəbər verir ki, bunu Real Partiyasının funksioneri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, daha demokratiya, haqq və hüquqlar yox, məhz təhlükəsizlik ilk pilləyə çıxa, bununla da yeni transmilli idarəçilik çağının əsası qoyula bilər.



N. Cəfərli əlavə edib ki, insanlığı zorla “Maslov Piramidası”nın ilk iki pilləsinə itəliyərək, ancaq sağqalmanı və fiziki ehtiyacları dəyər kimi sırımağa çalışırlar:

“Bəşəriyyət çox ağır bir imtahan verir, “kəsilmə” ehtimalı da, təəssüf ki, çox yüksəkdir. İnsanlığı “Maslov Piramidası”nın üst pilləsinə - özünüreallaşdırma, mənəvi ehtiyacların ödənilməsi, istedadların inkişafına çatmaq üçün son 300 ildə sürətlə keçdiyi şərəfli yolu tərsinə çevirirlər. Təhlükəsizlik adı altında bütün azadlıqların qlobal miqyasda boğulması dövrünü yaşayırıq".

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər