20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

Moldova: yeni separatçı ərazi yaranır?
Tarix: 14-02-2023 11:49 | Bölmə: Slayd

Moldova Respublikasının (MR) cənubunda yerləşən Qaqauz Muxtariyyəti indiki Moldova hakimiyyətinə etibar etmir, onun prioritetləri Rusiya və Türkiyədir. Üstəlik, qaqauzların 90 faizdən çoxu Rusiya Federasiyasına, 40 faizi isə Türkiyəyə güvəndiyini bildirir. Bunun fonunda Moldova Respublikasına verilən 3 faiz səs nəyin necə olduğunu göstərir.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rus nəşrinin təhlilində qeyd olunur:
Qaqauziya Xalq Assambleyasının deputatı, Moldova Respublikası və Qaqauziya Parlamentlərarası Komissiyasının həmsədri Sergey Çimpoeş NG-yə son rəy sorğusunun belə nəticəsini ölkədəki ağır iqtisadi vəziyyət, qeyri-kafiliklə izah edib. Eləcə də Moldova hakimiyyəti ilə muxtariyyət arasında dialoq, qaqauzların Kişinyovun Dnestryanıda ikinci Ukrayna cəbhəsinin açılması riskindən narahatlığı ilə.
“Qaqauz xalqı” (“Qaqauz diyarı”) ictimai-siyasi hərəkatı Moldovanın cənubunda yerləşən Qaqauz Muxtariyyətində apardığı sosioloji sorğunun nəticələrini dərc edib. Onlar göstərir ki, muxtariyyət sakinlərinin böyük əksəriyyəti Qaqauziyadakı vəziyyəti çox mənfi qiymətləndirir və bunu Moldova Respublikasının hazırkı hökuməti ilə əlaqələndirirlər.
Sorğunun nəticələrinə görə, “Moldova Respublikası hökumətinə (2%), hakim prezident partiyası PAS-a (3%) və prezidentə etimad çox aşağı səviyyədədir - təxminən 4 faiz səviyyəsində.
Muxtariyyətə və respublikaçı siyasi partiyalara inam azdır, məsələn, əvvəllər qaqauzlar arasında populyar olan Sosialist Partiyasına etimad indi 15-25 faiz arasında dəyişir. Ədalət naminə qeyd etmək lazımdır ki, qaqauzların öz hakimiyyətlərinə - muxtariyyətin başkanına (rəhbərinə), onun icraiyyə komitəsinə və Xalq Məclisinə inamı aşağıdır. Eyni zamanda, respondentlərin 92 faizi Rusiya Federasiyasına, 40 faizi isə Türkiyə Respublikasına güvəndiyini bildirib.
Xalq Məclisinin deputatı, Parlamentlərarası Komissiyanın (Moldova və Qaqauziya) həmsədri Sergey Çimpoeşin sözlərinə görə, Türkiyə uzun müddət ərzində Qaqauziyaya göstərilən yardıma görə müsbət qarşılanır. Rusiyaya isə bu münasibət əvvəllər də olub, bunu 2014-cü ildə Qaqauz Muxtariyyətində keçirilən referendum da təsdiqləyib: sorğuda iştirak edənlərin 95 faizdən çoxu Moldovanın Rusiyaya yönəlmiş inteqrasiya kursuna səs verib.
Hazırkı rəy sorğusu göstərib ki, qaqauzlar etimad səviyyəsi 3-7 faiz arasında olan Avropa İttifaqına şübhə ilə yanaşırlar. Yəqin ki, burada başqa inteqrasiya perspektivi təsir edir - Moldovanın Rumıniya ilə mümkün birləşməsi.
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan Moldova Xalq Cəbhəsinin “iki Rumıniyanın” birləşməsi çağırışları Kişinyovda müstəqil Qaqauz Respublikasının elan edilməsinə səbəb olub. 1994-cü ildə Moldova Respublikasının Parlamenti Qaqauziyanın muxtar statusu haqqında qanun qəbul edərək mərkəzlə cənub bölgəsi arasında yaranmış gərginliyi aradan qaldırdı. Bununla belə, Sergey Çimpoeşin sözlərinə görə, bu gün qaqauzlar Moldovanın Rumıniyaya mümkün birləşməsi və hazırkı Moldova hakimiyyəti tərəfindən - Dnestryanı bölgədə ikinci cəbhənin (Ukrayna) açılması risklərindən narahatdırlar. Rəy sorğusunun nəticələrinə görə, tamamilə bütün respondentlər Moldova Respublikasının hərbi əməliyyatlarda iştirakından qorxurlar.
Bundan əlavə, muxtariyyət əhalisi Moldova parlamentinin separatizmə görə cəza ilə bağlı Cinayət Məcəlləsinə əlavələr qəbul etməsindən narahatdır.
“Biz başa düşürük ki, hakimiyyət qaydaları sərtləşdirir, istənilən şəxs etirazlarda iştiraka və ya ölkə liderlərini tənqid etməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Əhali respublikadakı iqtisadi vəziyyətdən narazı olduğu üçün belə bəyanatlar da ola bilər”, - qaqauz deputat izah edib.
O, diqqəti ona yönəldib ki, Qaqauziya başkanının (bu il aprelin 30-na təyin edilib) seçkiləri ərəfəsində iqtisadi, biznes və siyasət sahəsində təcrübəsi olan namizədə cəmiyyət tərəfindən böyük tələbat var, 70-80 faiz belə namizədə etibar etməyə hazırdır. Eyni zamanda, sorğu göstərir ki, Moldova Respublikasının hakim partiyasının dəstəklədiyi və qərbyönümlü namizədi seçicilərin 3-7 faizi dəstəkləyəcək. Sosialistlər Partiyasının dəstəyini qazanmış namizəd respondentlərin 20-25 faizi tərəfindən müsbət qarşılanır və təxminən yarısı onu dəstəkləməyə hazırdır. Türkiyənin dəstəklədiyi namizəd 30-40 faiz səviyyəsində müsbət qiymətləndirilir, lakin 10 faizdən çoxu belə namizədi dəstəkləməyə hazır deyil. Eyni zamanda, Rusiya Federasiyasının dəstəklədiyi namizəd 90-95 faiz səviyyəsində müsbət qiymətləndirilir və respondentlərin böyük əksəriyyəti onu dəstəkləməyə hazırdır.
"Qaqauzlar Rusiya və Türkiyəyə üstünlük verirlər", - S. Çimpoeş yekunlaşdırıb.
Qaqauzların əhval-ruhiyyəsi Kişinyovda mənfi qiymət ala bilər. Bazar ertəsi Moldova Respublikasının Prezidenti Maya Sandu bildirib ki, Rusiya respublikada dövlət çevrilişi həyata keçirmək üçün təxribatçı hərəkətlər hazırlayır.
Maya Sandu Kişinyovda keçirdiyi brifinqdə xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvanın Moldovada vəziyyəti sabitləşdirmək planı ilə bağlı son bəyanatları İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən təsdiqlənib. Sandu deyib: "Moldova ərazisində təxribat aksiyaları üçün bu cür planlar yeni deyil".
Onun sözlərinə görə, “belə cəhdlər əvvəllər, keçən ilin payızında da edilib. Amma bizim təhlükəsizlik orqanlarının qətiyyətli addımları sayəsində bunlar həyata keçirilmədi.
İctimaiyyətdə narazılıq yaratmaq və etirazlar zamanı aqressiv addımlar atmaq üçün diqqət enerji böhranına yönəldilib”, - deyə dövlət başçısı bildirib.
O, təhlükəsizlik orqanlarının lazımi tədbirlər gördüyünü qeyd edərək, sakit olmağa çağırıb.
Moldova prezidentinin dediyi etiraz aksiyaları bütün ölkə boyu keçirilib, xüsusilə Qaqauziyada fəallıq nümayiş etdirilib. Orada etirazçılar Sandudan Moskvaya getməyi və “Qazprom”un Kişinyovla müqavilə olmadığı təqdirdə qaz tədarükü ilə bağlı danışıqlar aparmağı tələb ediblər. Daha sonra müqavilə bağlanıb, lakin bu gün Kişinyov daxil olan Rusiya qazını Dnestryanıya ucuz elektrik enerjisi müqabilində ötürür. Yeri gəlmişkən, bu, “İnter RAO”-ya məxsus Küçurqan QRES-i tərəfindən istehsal olunur. Moldovanın, o cümlədən Qaqauz Muxtariyyətinin istifadə etdiyi qaz Avropa İttifaqı ölkələrindən gəlir və əhali üçün çox bahadır.
Söz düşmüşkən, muxtariyyətin rəhbəri İrina Vlax bildirib ki, Qaqauziya Moldova Respublikasında heç vaxt qeyri-sabitlik ocağı olmayıb. Onun sözlərinə görə, regionun hakimiyyət orqanları respublikanın bütün hökumətləri ilə konstruktiv əlaqələr qurub, lakin ölkənin indiki rəhbərliyi altında belə əməkdaşlıq yoxdur. Vlah qeyd edib ki, “problem Qaqauziyada deyil, Moldovanın siyasi liderlərində”dir.
“Siyasi liderlər Qaqauziya ilə dialoqa hazırdırmı? Onlar regionu Moldova Respublikasının bir hissəsi kimi qəbul edirlərmi? Yoxsa Qaqauziyanı prezident və parlament seçkilərində PAS-a səs vermədikləri ərazi hesab edirlər?”, - deyə İrina Vlax soruşur.
Başkan vurğulayıb ki, təkcə Qaqauziyanın deyil, bütün Moldovanın sakinləri arasında “belə bir təəssürat formalaşıb”. Moldova siyasətçiləri Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini birbaşa Qaqauziya ilə əlaqələndirirlər.
Hakim PAS partiyasından olan deputat Oazu Nantoi yerli mətbuata istinadla bildirir ki, “Rusiya aprelin 26-27-də Zatokada (Odessa vilayəti-NG) körpünü raketlə dağıdarkən, bu, Moskvanın niyyətinə işarə idi. O, həmçinin təklif edib ki, separatizmlə bağlı qanunvericilik dəyişikliklərinin “ünvanı” Dnestryanı deyil, Qaqauz Muxtariyyəti ola bilər.
Moldova Respublikasının keçmiş müdafiə naziri Anatol Salaru sosial şəbəkələrdə yazıb: “Kreml tərəfindən maliyyələşdirilən Dnestryanı və Qaqauz Muxtariyyətinin rəhbərlərindən Kişinyovun enerji müstəqilliyinin və inteqrasiya proseslərinin gücləndirilməsinə yönəlmiş təşəbbüslərinin qarşısını almaq üçün istifadə olunur. Aİ-də, Rumıniya ilə birləşməni demirəm. Yalnız Ukraynanın Rusiya üzərində qələbəsi Moldova Respublikasına Tiraspoldan kriminal rejimi aradan qaldırmağa və “rus dünyasına” dəstək verərək, indiki formada Qaqauz Muxtariyyətinin mövcudluğunun zəruriliyini təhlil etməyə kömək edəcək”.
Salaru əlavə edib ki, Moldova Respublikası parlamentinin “separatizmə” görə daha sərt cəzalar haqqında qanunun qəbulunu alqışlayıb, bunun sayəsində “Rusiyanın oyunlarını oynayan separatçılar cəzalandırılmalıdır”.
Xatırladaq ki, qaqauzlar pravoslav konfessiyasına mənsub türkdilli xalqdır. Moldovanın cənubu onların kompakt yaşadığı yeganə yerdir, Qaqauz Muxtariyyətinin əhalisi təxminən 200 min nəfərdir.
2014-cü il fevralın 2-də Qaqauziyada iki referendum keçirilib - məşvərətçi və qanunvericilik. Məşvərətçi referendumda Qaqauziya sakinlərinin əksəriyyəti Moldovanın o vaxt mövcud olan Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqına daxil olması fikrini bildirib. Qanunvericilik referendumunda muxtar qurumun sakinlərinin 95 faizi bəyan edib ki, respublika müstəqilliyini itirərsə və ya başqa dövlətin tərkibinə daxil olmaq qərarına gələrsə, Qaqauziya Moldovadan ayrılmaq hüququnu özündə saxlayır.
Yeri gəlmişkən, bu hüquq 1994-cü ildə qəbul edilmiş Qaqauziyanın xüsusi hüquqi statusu haqqında qanunda regiona təsbit olunub: “Moldova Respublikasının müstəqil dövlət statusunda dəyişiklik olarsa, xalq Qaqauziyanın öz müqəddəratını təyin etmək hüququ var”.
Plebissitlər etibarlı hesab edilsə də, lakin rəsmi Kişinyov tərəfindən tanınmadı.
E. KAMAL
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb