13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Səmada müəmmalı xaos - Vurulanlar hərbi obyektdir, UNO?
Tarix: 14-02-2023 17:55 | Bölmə: Slayd
Səmada müəmmalı xaos - Vurulanlar hərbi obyektdir, UNO?

Demək olar, hər gün ABŞ və Kanada səmasında vurulan “naməlum obyektlər”ə yeniləri əlavə olunur. Daha bir obyekt Miçiqan üzərinə düşsə də, səlahiyyətlilər onun nə olduğunu izah edə bilmirlər.

Reyting.az
xatırladır ki, ötən gün ABŞ-ın Miçiqan ştatında da Huron gölü üzərində Amerika hava məkanında uçan obyektin vurulduğu açıqlanıb.

Çinlə böhrana səbəb olan “Casus şarı” hadisəsindən sonra vurulan naməlum obyektlərin sayı artıq üçə çatıb. Lakin heç bir məmur vurulan yeni obyektin nə olduğunu izah edə bilmir.

ABŞ Müdafiə Nazirliyinin Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) açıqlamasında deyilir ki, ABŞ prezidenti Co Bayden, müdafiə naziri Lloyd Ostinin göstərişləri və hərbi rəhbərliyin tövsiyələri əsasında “F-16” qırıcısı ABŞ hava məkanında Miçiqan ştatının Huron gölü üzərinə qalxıb. Təxminən 20.000 fut hündürlükdə havada uçan obyekti müvəffəqiyyətlə vurmaq üçün AIM9x raketindən istifadə edilib.

Bildirilir ki, obyektin trayektoriyası və hündürlüyü onun mülki aviasiya üçün təhlükəli ola biləcək narahatlıqlar yaradıb.



Məlumat üçün qeyd edək ki, vurulan obyektin qalıqlarının çıxarılması işlərinə başlanılıb. Şənbə günü Kanada üzərində bir obyekt ABŞ-ın “F-22” qırıcısı tərəfindən Yukon bölgəsi üzərində zərərsizləşdirilib. Daha bir “F-22” qırıcısı son bir neçə gündə Alyaska səmasında oxşar obyekti vurmuşdu. Çin isə ilk şarın özü tərəfindən vurulduğunu etiraf edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ şarlarının 2022-ci ilin yanvar ayından bəri ölkənin hava məkanını 10 dəfədən çox pozduğunu, onların zərbə hüquqlarını özlərində saxladıqlarını bildirib. Lakin vurulan digər obyektlərin hansısa ölkəyə aid olub-olmadığı və ya təyinatı məlum deyil.

Pentaqon və kəşfiyyat rəsmiləri cümə, şənbə və bazar günləri ABŞ döyüş təyyarələrinin Alyaska, Kanada və Miçiqan səmalarında vurduğu 3 naməlum uçan obyekti anlamağa çalışır.

Miçiqanda vurulan son obyektin səkkizbucaqlı formada olduğu deyilir.

NORAD-ın rəhbəri general Glen VanHerck "Bu, yadplanetlilərin işi ola bilərmi", - sualına cavabında deyib ki, bunu araşdırmağı kəşfiyyat və əks-kəşfiyyat birliklərinin öhdəsinə buraxır:

"Heç bir ehtimalı istisna etmirəm. Mən onları şarlar kimi təsnif etməyəcəyəm".

Əgər onlara şar və ya obyekt deyiriksə, bunun bir səbəbi var - uçan naməlum obyektlər (UNO).

Digər ABŞ rəsmiləri vurulan obyektlərdən birini “bağlanmış yüklü kiçik metal şar” kimi təsvir edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər