13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Daha üç ölkə nüvə ilə silahlanmaq üzrədir
Tarix: 15-02-2023 16:53 | Bölmə: Slayd
Daha üç ölkə nüvə ilə silahlanmaq üzrədir

"Nüvə silahı müasir dünyanın ayrılmaz hissəsidir, bəşəriyyətin indiki taleyində və gələcəyində çox şeyi müəyyən edən reallıqdır”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Kommunist Partiyasının rəhbəri Ədalət Abdinov deyib.

Ə. Abdinov xatırladıb ki, 1945-ci ilin avqustunda Amerika bu dağıdıcı silahdan istifadə etməklə Yaponiyanın iki şəhərini - Xirosima və Naqasakini külə çevirib.

Partiya rəhbəri qeyd edib ki, yenə də nüvə kabusunun kölgəsi bütün dünyaya yayılır:

"Hazırda Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çin, Şimali Koreya, Hindistan, Pakistan və İsrailin nüvə silahı var. Bundan əlavə, NATO üzvü olan bir neçə dövlətin ərazisində ABŞ-ın nüvə silahı ola bilər. Bəzi ekspertlər hesab edir ki, müəyyən şəraitdə həmin ölkələrin bundan yararlanması mümkündür”.

1970-ci il martın 5-də Nüvə silahlarının yayılmaması haqqında Müqavilənin qüvvəyə mindiyini xatırladan Ə. Abdinov bildirib ki, nüvə texnologiyasına malik ölkələr silahın özünün və onun komponentlərinin yaradılmasına dair materialları məxfi saxlamağa razılaşıblar:

“Müqavilə KXDR, Hindistan, Pakistan və İsrail tərəfindən imzalanmayıb. Bundan əlavə, hazırda İran, Almaniya, Yaponiya və başqa bir çox ölkələr nüvə silahı yaratmağa yaxındırlar və bunu ən qısa müddətdə istehsal edə bilərlər.

Görəsən, nüvə silahı nədir - təhlükə, yoxsa təhlükəsizlik, ümumbəşəri şər, yoxsa sülhün təminatı? Bunlar bir tərəfdən dövlətin özü və vətəndaşları üçün müəyyən təminat və müdafiədir, digər tərəfdən də hər hansı dövlətin və onun vətəndaşlarının təhlükəsizliyinə böyük təhlükədir. Nüvə silahına sahib olan ölkələr nə qədər çox olarsa, onların nəzarətsiz istifadə imkanları da bir o qədər artır. Nüvə silahlarının ifrat radikalların və ya terrorçuların əlinə keçmə təhlükəsi də var".

ELÇİN




Bölməyə aid digər xəbərlər