13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Kreml Qarabağ məsələsində Ağ Evi ittiham edir
Tarix: 17-02-2023 14:56 | Bölmə: Slayd
Kreml Qarabağ məsələsində Ağ Evi ittiham edir

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesini pozmaqda ittiam edir.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə danışıb.

“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərinin qarşısını ABŞ başda olmaqla, Qərb ölkələri alıb”,- deyən M. Zaxarovanın sözlərinə görə, məhz bu səbəbdən ATƏT-in Minsk qrupu formatı “tarixin zibilliyinə” göndərildi.

“Minsk qrupunun amerikalı və fransalı həmsədrləri 2022-ci ilin fevralında uydurma bəhanələrlə rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırandan sonra bu format yararsız vəziyyətə gətirildi. Onlardan bununla bağlı aydın, ağlabatan heç bir izahat və ya açıqlama eşitmədik. Bunu nəzərə alaraq, biz aramızdakı mövcud razılaşmalara söykənərək, üçtərəfli format çərçivəsində diqqətimizi Bakı və Yerevana yardım göstərmək üzərində cəmlədik”,- Zaxarova bildirib.

E. KAMAL

P.S. Bu məqamda xanım Zaxarovaya xatırlatmaq istərdik ki, məlum münaqişəni həll etmək missiyasını boynuna götürən ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi, Rusiya təmsilçisi də 26 il ərzində (Minsk qrupunun həmsədrlik institutu 1994-cü ilin dekabrında yaradılanda qrupa əvvəlcə Rusiya və Finlandiya, sonra Rusiya və İsveç, 1997-ci ilin yanvarından isə Rusiya-ABŞ-Fransa həmsərdr oldular) Bakıya və İrəvana etdiyi onlarca deyil, bəlkə də minlərlə səfərlərində sadəcə rəsmi qəbullarda boş və bəlağətli siyasi ritorika və qeyri-rəsmi hissədə milli mətbəximizin kabab təamları ilə vaxtı uzatmağa, münaqişəni uzun müddətə dondurmağa çalışdılar. Minsk qrupunun “tarixin zibilliyinə” göndərilməsinin əsas səbəbi də, Vaşinqtonun yersiz müdaxiləsi yox, məhz bu oldu.




Bölməyə aid digər xəbərlər