13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiyanın casus şəbəkəsinə ağır zərbə vurulub
Tarix: 17-02-2023 15:39 | Bölmə: Slayd
Rusiyanın casus şəbəkəsinə ağır zərbə vurulub

Son bir ildə Qərb ölkələri Rusiyanın Avropadakı casus şəbəkəsini xeyli zəiflədib.

Reyting.az
xəbər verir ki, ötən il ərzində Qərb hökumətləri Ukraynaya silah tədarükünü artırıb Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı, ABŞ və Avropa təhlükəsizlik agentlikləri Rusiyanın casus şəbəkələrinə də ciddi zərbələr vurub.

Xatırladaq ki, yanvar ayında Almaniyada rus casusu Artur Eller həbs edilib. Bu, Rusiya xüsusi xidmət orqanlarına qarşı “kölgə müharibəsi”ndə son mərmi olub. Bundan əvvəl Hollandiya, Norveç, İsveç, Avstriya, Polşa və Sloveniyada çoxsaylı rus agentlərinin saxlanması, habelə Rusiya səfirliklərində diplomatik statusa malik olan rus casuslarının kütləvi şəkildə ölkədən çıxarılması da baş verib.

ABŞ və Avropa təhlükəsizlik rəsmiləri Rusiyanın casus şəbəkəsinin hələ də əhəmiyyətli potensialını saxladığını desələr də, Soyuq müharibədən bu yana Kremlin ən böyük zərbəni indi aldığını iddia edirlər.

“Görünür, kampaniyanın miqyası Rusiyanı təəccübləndirdi və onun əməliyyatlar aparmaq qabiliyyətini zəiflətdi. Əgər belədirsə, bu, Şərqi Almaniyada keçmiş “KQB” zabiti, Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək əmrinin nə vaxt verildiyini qabaqcadan görə bilmədi”, - açıqlamada qeyd olunur.

Ekspertlər bildirirlər ki, Rusiya Federasiyasının Avropaya təsir göstərmək və Ukraynaya silah tədarükü ilə bağlı məlumat toplamaq imkanları xeyli zəifləyib. İndi Rusiya bu itkiləri daha çox kibercasusluğa arxalanaraq, qaçqın adı altında Qərbə yeni casuslar göndərməklə kompensasiya etməyə çalışır. Amma yeni gələnlər Rusiya səfirliklərinin himayəsindən və imtiyazlarından yararlanmayacaq və persona-non-qrata elan edilmiş şəxslərin təcrübəsi, resursları və təlimindən məhrum ola bilərlər.

Bildirilir ki, Moskvanın çarəsizliyinin əlaməti onun avropalılar arasında koordinasiyanın olmaması ümidi ilə bir Avropa paytaxtından qovulmuş casuslarını başqasına göndərmək cəhdləri olub.

Onu da qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin iddiasına görə, Rusiya casus şəbəkəsi Avropa ölkələrində fəal şəkildə fəaliyyət göstərir, təbliğat əməliyyatlarına diqqət yetirir və Avropada müəyyən nüfuzlu şəxslərə təsir edirlər.

Məlumdur ki, Rusiya agentləri Kremlin göstərişi ilə Avropada terror aksiyaları da həyata keçirirlər. Keçən ilin sonunda İspaniyaya “bomba məktubları”nın göndərilməsi məhz bunun nümunəsidir.

Eyni zamanda, ruslar nümayişkaranə casusluq aksiyaları təşkil etməkdən də çəkinmirlər. Məsələn, ABŞ-ın Sakit Okean Donanmasının əsas hərbi-dəniz bazasının yerləşdiyi Havay adaları yaxınlığında Rusiyaya məxsus hərbi gəmi bir neçə həftədir ki, bu məqsədlə xidmətdədir.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər