13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Daha dəhşətli silah yaradırlar - Dronlar quşlara bənzəyəcək
Tarix: 17-02-2023 16:50 | Bölmə: Slayd
Daha dəhşətli silah yaradırlar - Dronlar quşlara bənzəyəcək

Tədqiqatçılar quşların ümumi görünüşünü və hərəkətlərini modelləşdirmək üçün mumiyalanmış quş hissələrini dron mexanizmləri ilə birləşdiriblər.

Reyting.az
xəbər verir ki, elm adamları doldurulmuş ölü quşların cəsədlərindən hazırladıqlar dronları bir gün casusluq etmək üçün vəhşi təbiətə buraxacaqlar.

Bu yaxınlarda Amerika Aeronavtika və Astronavtika İnstitutunun “SciTech-2023” Forumunda təqdim edilən tədqiqat işindən aydın olub ki, ölü quşların əzaları dronlara daxil edilib və bunun hərbi məqsədlər üçün istifadəsi də mümkündür.

Qeyd edək ki, qanad çalan dronlar quşun uçuş prosesindən ilhamlanır və hərəkət üçün pərvanələr də daxil olmaqla mexaniki hissələrdən istifadə edilərək yaradılıb.

Tədqiqatçılar deyir ki, yeni tapıntılar dronların inşasında yalnız süni materiallara etibar etməkdənsə, ölü quşların yenidən dizaynı üçün tətbiq oluna bilər.

Alimlər mumiyalaşdırılmış quş hissələrini, quşların ümumi görünüşünə və hərəkətlərinə daha çox bənzəyən, qanadlarını çırpan süni dron mexanizmləri ilə birləşdiriblər. Onlardan bəziləri əsl qırqovul kimi görünür. Hətta belə dronların iki sınaq uçuşu da keçirilib.

Tədqiqatçılar yenidən işlənmiş modellərin aerodinamik çırpınma xüsusiyyətlərini yoxlamaq üçün üçölçülü çırpma və aerodinamik simulyatorlardan istifadə ediblər. Tədqiqatçılar bildirir ki, bu, qanadçırpma mexanizmlərinin həyata keçirilməsinə və çırpınan dronun aerodinamikasını sınaqdan keçirməyə imkan verib. Amma alimlər deyiblər ki, bu şəkildə yaradılmış modellər ən effektiv uçucu deyil.

Tədqiqatçıların sözlərinə görə, belə bir dron hazırlamaq çətin olsa da, tədqiqat məqsədləri üçün çox praktikdir və təbiəti narahat etməyəcək.

Yeni tapıntılar həm də mövcud çırpınan dronların daha təbii görünməsinə kömək edə bilər.

Araşdırmanın nəticələrinə görə, bu cür dronlarda istifadə edilən dişli hissələrdən bəzilərinin dəyişdirilməsi səs-küyü azalda və uzunömürlülüyü artırar. Eyni zamanda belə dronlar üçün əyilə bilən biləklərin yaradılması qanadların uçuş zamanı daha çevik olmasına kömək edər.

Taxidermy və dron uçuş simulyasiyalarını birlikdə araşdıran elm adamları iddia edir ki, pilotsuz təyyarələrə fərqli uçuş variantları əlavə etməklə daha asan istifadəçi təcrübəsi təmin oluna və daha təbii bir uçuşun inkişafına köməklik göstərmək olar.

Alimlərin araşdırmasına görə, son təkmilləşdirmə ayaqları əlavə etmək olacaq ki, bu da dronların çox batareya istifadə etmədən uçuşunu asanlaşdıracaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər