13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycan quru sərhədlərini niyə açmır?
Tarix: 22-02-2023 16:23 | Bölmə: Slayd
Azərbaycan quru sərhədlərini niyə açmır?

“Bütün dünya artıq “karantin”, “koronavirus”, “məhdudiyyətlər” kimi absurd yanaşmalardan imtina edib, dünyada quru sərhədləri rəsmən bağlı olan heç bir ölkə yoxdur, hətta Türkmənistan və Şimali Koreyada da sərhəd bağlı deyil, xüsusi icazə ilə sərhərddi keçmək mümkündür. Ciyanətkar təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatının mart ayında özünün axmaq və absurd “pandemiya” qərarını ləğv edəcəyi gözlənilir - bir tək Azərbaycan hökuməti dirəşib ki, yox, pandemiya var, karantin olmalıdır, quru sərhədləri də bağlı saxlamaq lazımdır”.

Reyting.az
xəbər verir ki, bunu REAL partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı sual da verib: “Martda Ümumdünya Səhiyyə Təşkilatı “pandemiyanı” ləğv etsə, bizim hökumət nə deyəcək?! Ölkədə aktiv xəstə sayı da 100 nəfərdən bir az çoxdur, deməli, quru sərhədləri “pandemiya” bəhanəsi ilə qapalı saxlamaq məntiqsizlikdir. Yaxşı, bəs səbəb nədir? Əgər AZAL-ın pul qazanmasıdırsa, bu da inandırıcı deyil – zatən AZAL büdcədən on milyonlarla dotasiya alır, zatən inhisarçıdır, zatən qazanır. Əgər daxili turizm obyektlərinin pul qazanması marağıdırsa, bu da absurddur - ölkədə böyük holdinqlərə məxsus otellər də büdcə hesabına kef edirlər və onların qazancı turizmdən o qədər azdır ki, məmur-oliqarxlar üçün heç “semiçka pulu” da deyil, həm də quru sərhədlər açılsa daha çox turist gələcək ki, zatən otellər daha çox qazana biləcəklər.

Yaxşı, bu işin sirri nədir?! Əgər təhlükəsizliklə bağlı çəkincələrdirsə, bunu da anlamıram - məgər Gürcüstan, Ermənistan bizdən güclü ölkələrdimi ki, quru sərhədlərini açıq tutublar və xarici təsirlərdən çəkinmirlər? Axı, bizim dövlət onlardan daha dayanıqlı və güclüdür – təhlükəsizliyi sərhədlərin qapalı olmasından asılı olacaq qədər zəif deyilik!

Bu sirrin əsl səbəbini tapana Nobel mükafatı düşür, mənim ağlıma ciddi bir arqument gəlmir. Belə çıxır ki, sadəcə, hökumətin kefi belə istəyir”.

Reyting.az





Bölməyə aid digər xəbərlər